Şou-biznes

"Ramiz Əzizbəylini bağışlayıram" - Afaq Bəşirqızı

9 Dekabr 2019 12:39
5 Şərh     Baxış: 5 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızı "Səhər-səhər" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa həmkarı Ramiz Əzizbəyli ilə aralarında illərdir davam edən qalmaqaldan bəhs edib. A.Bəşirqızı bildirib ki, Əzizbəylini dediklərinə görə bağışlayıb:

"Bəxt üzüyü"ndə iştirakçıların, Ramiz Əzizbəylinin böyük rolu var idi. İdeyanı yazan insana böyük hörmətim var, bir sənət əsəri qoydu getdi. Onu da Ramiz Əzizbəyli çəkdi. Bir aktrisayla teatr, tamaşa, film olmaz. Burada hamının zəhməti var idi.

Jurnalist Ramiz Əzizbəyliyə sual verib, o da kobud cavablandırıb. İnsanın xasiyyətində də ərköyünlük var, kobud cavab verdi. Amma mənə qarşı çox ərköyünlük etdi.

Ramiz Əzizbəylini üç-beş gündür tanımıram. Neçə illərin tanışıyıq. Ətini yesəm də, sümüyünü atmaram. Ona görə də mən Ramiz Əzizbəylini bağışlayıram. Amma o sözü heç bir yerdə deməmişdim".

Qeyd edək ki, hər iki sənətkarın küsməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən "Bəxt üzüyü" filmi olub. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının "Bəxt üzüyü"nə mənə görə baxılır" söyləməsi ilə bağlı yazı dərc olunmuşdu. Bu da tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.