Şou-biznes

“15 yaşımda evdən qaçıb rəqqasəgildə yaşadım” - Aygün Bəylər

6 Dekabr 2019 18:24
4 Şərh     Baxış: 2 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam 2003-cü ildə rəhmətə getdi. Fəxri adı 2002-ci ildə almışam, atam xəstə vaxtında çox sevindi. Ölüm yatağında dedi ki, səni düz tanımamışam, oğlum imişsən. Çox əziyyət çəkmişəm, məni evə buraxmayıblar".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Şou ATV" proqramına qonaq olarkən deyib. Sənətçi efirdə keçmiş günlərini xatırlayaraq kövrəlib. A. Bəylər atasının ona qoyduğu qadağalardan söhbət açıb:

"15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım. Atam məni öldürəcəkdi ki, niyə toyda oxumuşam? Rəfiqəm sağ olsun, rəqqasə Elnarənin evində  yaşayırdım. 16 yaşımdan ev tutdum, tək yaşadım. 32 yaşımda isə qızım Canan dünyaya gəldi. Ana olduqdan sonra tamamilə başqa Aygün oldum. İndi özümdən başqa hamıdan nigaranam. Mən kimə lazımam?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.