Şou-biznes

Faiq Ağayev deputatlığa namizəd olması ilə bağlı söz-söhbətə belə cavab verdi

6 Dekabr 2019 14:09
6 Şərh     Baxış: 3 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev ötən gün "Şabaş" filminin qala gecəsinə qatılıb.

Sənətçi axşam.az-ın suallarını cavablandırıb. İşlərindən söz açan müğənni bildirib ki, yaxın günlərdə yeni mahnı təqdim edəcək:

"Köhnə mahnılarımızdan biridir. Nadir Nəğd Pul və Rabil Səfərli müştərək aranjiman ediblər. Klipin çəkilişlərini çatdırsaq, bu ay başqa bir mahnıya ekran həyatı verəcəyik. Fərqli bir işə imza atacağıq. Çünki həmin texnologiyadan heç bir klipimizdə istifadə olunmayıb. Burada da çalışacam ki, bir ilkə imza atım. Adətkaram axı...".

Müğənni deputatlığa namizəd olması ilə bağlı söz-söhbətə isə belə cavab verib:

"Qərar dünən çıxıb. Fevrala hələ var. O vaxta kimi yəqin ki, qərar qəbul edərəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.