Şou-biznes

“Mənim bağ evim Məleykəninki kimi deyil” - Brilyant Dadaşova

3 Dekabr 2019 16:29
1 Şərh     Baxış: 4 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yatırımlarımı ömür boyu paltarıma, makiyajıma, mahnılarıma xərcləmişəm. Özünüz gördünüz ki, 18 mini Türkiyədə verdim. Qazandığım pulu sənətimə və ailəmə xərcləyirəm. Söhbət oğlum və həyat yoldaşımdan getmir, bacılarım, uşaqları, ailələri və başqaları da bura daxildir.

Milli.Az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib. 

O, Türkiyədəki fəaliyyətindən də bəhs edib: "Türkiyədə piarım çox gözəl gedir. Mahnım bütün radiolarda səslənir. Türkiyədə 80-ə yaxın radioda qonaq oldum, məni çox gözəl qarşıladılar. Tamaşaçılar mahnım haqqında çox gözəl fikirlər bildirdilər".

- Türkiyə şou-biznesinə qatılmaq üçün böyük məbləğdə vəsait lazımdır. Sənətçilərimiz orada tanınmaq üçün  evlərini, maşınlarını satırlar. 

- Mən bu dəfə pul xərcləmədim. Çünki Türkiyədə Kamal Aslanla müqavilə bağlamışam. Klipi də onun şirkəti çəkdi. Bütün xərcləri həll etdilər.

- Bir müddət əvvəl bağ evinizi satışa çıxarmışdınız. Sata bildinizmi?

- Hələ ki, satılmayıb. Biz də gözləyirik. 

- Yaxın günlərdə xalq artisti Məleykə Əsədova da villasını satmaq üçün "makler"ə müraciət edib.

- Mənim bağ evim Məleykə xanımın bağ evi kimi deyil.

- Bir müddət əvvəl oğlunuzun şou-biznesdə olan xanımla evlənməsini istəmədiyiniz dediniz. Bu açıqlamanız birmənalı qarşılanmadı. 

- Xeyr, mən elə fikir bildirməmişəm, mən şou-biznesdə deyiləm. Mən Şövkət Ələkbərovanın səhnədə olduğu sənətə gəlmişəm. Şou-bizneslə sənəti səhv salmaq düzgün deyil. Özüm də sənətdəyəm. Oğlum sənətdə olan bir qızı bəyənsə, niyə də olmasın, rəssam, skripkaçı, müğənni... Amma sənət sahibi olsun. Yalandan boş-boğaz olmasın.

- Brilliant xanım, oğlunuz üçün iş tapa bilmədiyinizi açıqlamaışdınız. Hazırda oğlunuz işsizdir?

- Oğlum özü iş tapıb. Amma mən başqa yerə müraciət elədim. Çünki onun işi təhsil aldığı səviyyəyə uyğun deyil. Gördüm ki, səsimi çatdıra bilmirəm, susdum. Ona Türkiyədə iş təklif etdilər, getmədi. Deyir ki, mən milyon da qazansam, Türkiyədə qalmaq istəmirəm. O, Azərbaycanda qalmaq istəyir. Amma mən orada qalmasını istəyirdim. Çünki Türkiyədə daha yaxşı işdə işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.