Şou-biznes

Bakıda ilk dəfə məşhurların paradı ilə “Qış nağılı”- VİDEO - FOTO

3 Dekabr 2019 18:56
Baxış: 1 117

Qışın ilk günü - 1 dekabr 17:00-da Heydər Əliyev Sarayında Yeni il filmi - "Qış nağılı"nın qala gecəsi keçirilib.

Milli.Az xəbər verir ki, çox sayda məşhur sima, musiqili Santa Klauslar və Yeni il yolkası, rəqqaslar və aktyorların paradı, sirk ustaları və işıq şousu, qırmızı xalça - Bakıda hələ belə qala gecə olmamışdı.

Seans öncəsi, sonrası, filmə baxış anları əsl bayram axşamını xatırladırdı. İzləyicilər filmin abu-havasından özlərini həqiqətən də nağıldakı kimi hiss etdiklərini gizlətmirdilər, filmin komik səhnələrində həvəslə gülüb sonda yaradıcı heyəti durmadan alqışlayırdılar. Qala gecəsi boyu ulduzlarla selfilər və şəkillər çəkdirirdilər.  Bir sözlə əsl "Qış nağılı" yaşanırdı.

Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.

Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir.

Qeyd edək ki, "Cinemazadeh" studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi "Qış nağılı" iki hissədən ibarətdir - "Qış nağılı: Biri vardı, biri yox" və "Qış nağılı: Göydən üç alma düşdü".  Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir.

Qəhrəmanlar isə hekayələrə görə qruplaşdırılıb: Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi, Dilarə Kazımova, Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov, Şəlalə Şahvaladqızı, İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.

Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.

Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

Filmin əsas musiqilərini Xalq artistləri -  Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.