Şou-biznes

Pərvin Abıyeva danışdı: "Ər və arvad ayrılmır. Çox sevinməyin..." - VİDEO

29 Noyabr 2019 13:59
17 Şərh     Baxış: 8 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan və ötən gün işdən çıxarılan polis sevgilisi Murad Abdullayevlə bağlı daha bir iddia ortaya atılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Muradın işindən azad edildikdən sonra Pərvinlə də yollarını ayırması bildirilib.

Abıyeva iddialarla bağlı sosial şəbəkədə paylaşım edib. O, əvvəlcə video yayımlayaraq barmaqlarını birləşdirib və "Ata ilə ana dünyasını dəyişir və ayrılır. Bacı-qardaş da ailə qurur ayrılır. Övladlar da böyüyür, ailə qurur və ayrılırlar. Amma ər və arvad ayrılmır" sözlərini deyib.

Pərvin daha sonra "Yazırsız, pozursuz, düzürsüz, qoşursuz. Bekar insanlar doluşub, şərh yerində ağzına gələni yazır. Məncə çox sevinməyin, hər şeyin reallığını mən bilirəm. Məndən daha yaxşı bilən olmaz" sözlərini əlavə edib.

Qeyd edək ki, Murad Abdullayevin ad günündən Pərvinlə yayılan videoları onun işindən çıxarılmasına səbəb olub.

Cütlüyün ayrılma xəbərini "qafqazinfo" saytı yayımlayıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.