Şou-biznes

“Şou adamından mənə gəlin olmaz” - Nəvə həsrəti çəkən xalq artisti - VİDEO

22 Noyabr 2019 14:39
12 Şərh     Baxış: 4 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi xalq artisti Brilliant Dadaşova olub.

Milli.Az xəbər verir ki, sənətçi ən böyük arzusunun nənə olmaq olduğunu deyib:

"İndiki uşaqlar valideynlərini adla çağırırlar. Oğlum da məni adımla çağırır. İstəyərəm mənə nənə desinlər. Nənə sözü çox gözəldir. Oğluma şou-biznesdən qız almaram. Özüm sənətdəyəm heç vaxt şou göstərmirəm. Gəlinimin musiqiçi olmağını istəyərəm, amma şou mənlik deyil. Oğlum özü sevsə sənət insanı ilə evlənməyini istəyərəm, amma şou yox. Onlar başqa təbiətli insanlardır. Akrobatik hərəkətlər mənlik deyil. Gündəm olmaq üçün heç bir hərəkətdən çəkinmirlər. Elə adam mənim gəlinim ola bilməz. Özüm kimi ciddi olmalıdır. Oğluma qarşı necəyəm, gələcək həyat yoldaşına qarşı da elə olacağam. İstəyərəm oğlumu sevsin, oğlum da onu bərk sevsin. Qısqanc qayınana dünya görüşü dar olan adamdır. Hələ gəlin namizəd yoxdur. Oğlum heç kimi bəyənmir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.