Şou-biznes

"Toyda bir süfrədə otururlar, amma eyni verilişə gəlmirlər" - FOTO

21 Noyabr 2019 12:12
4 Şərh     Baxış: 10 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Təranə xanım, Musa bəy bəllidir ki, 5-10 nəfər adam var ki, onlarla danışmırlar. Məsəl üçün, biri xalq artisti Könül xanım Kərimovadır.

Milli.Az xəbər verir ki, bu açıqlamanı "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) verib.

Ardınca küsülü həmkarlarla bağlı maraqlı bir faktı da diqqətə çatdırıb:

"Zaur efirində barışdırmaq istədi, alınmadı, amma mən bilirəm ki, Şəmkirdə toyda müğənnilər üçün stol açılıb. Orada Könül Kərimova, Musa Musayev, Cabbar Musayev, Təranə Qumral eyni süfrədə oturublar. Onlar toy sahinibə deməyiblər ki, "Biz ayrı masada oturaq, onlar burada". Burada bir masada otururlar, amma eyni verilişə gəlmirlər".

Verilişin qonağı olan Təranə Qumral Tolikin bu açıqlamasına "Mən deyim niyə?! Orada pul var, ona görə. Orada maddiyat var. O da pul qazanacaq, biz də pul qazanacağıq. O istəmir ki, desin "Təranə gəlir, mən gəlmirəm". Bəlkə fikirləşir ki, toy sahibi deyəcək ki, "Heç gəlmirsən gəlmə". O qədər pulu itirəcək onda" sözləri ilə reaksiya verib. 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.