Şou-biznes

“Onu deputat görmədiyim üçün seçkiyə getmirdim”

21 Noyabr 2019 09:55
13 Şərh     Baxış: 5 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan "3D" verlişinin qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı verilişdə aparıcının 2020-ci ildə keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olub-olmayacağı ilə bağlı sualını da cavablandırıb.

Bundan başqa, Faiq Ağayev "Sizin ərazidə millət vəkili kimdir?" sualına maraqlı cavab verib: "Bir neçə il məlum bir fiqur oldu. Onu deputat görmədiyim üçün seçkiyə getmirdim. Mənə elə gəldi ki, şəxsi etirazımı belə həyata keçirsəm, daha doğru olar. Çünki namizədin kim olduğunu bilirdim".

Qeyd edək ki, Faiq Ağayevin yaşadığı ərazinin vaxtı ilə millət vəkili, 34 saylı Xətai II dairəsindən Milli Məclisə deputat seçilmiş Gülər Əhmədova olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.