Şou-biznes

“Rahat olmaqdan ötrü adalara gedirəm”

20 Noyabr 2019 14:05
12 Şərh     Baxış: 3 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Məleykə Əsədova "Xəzər" TV-də yayımlanan "İncə şarm" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, veriliş zamanı qızı Gülərlə münasibətlərindən söz açıb:

"Çox ciddi anayam. Eyni zamanda kövrək və "uşaq" anayam. Qızımın vokal imkanları var. Amma bu sənətə yönəltməyəcəm".

Tez-tez xaricə tətilə yollanan sənətçi uzaq ölkələrə getməsini belə izah edib:

"Rahat olmaqdan ötrü adalara gedirəm. Qızım da, mən də dənizi çox sevirik. Ona görə uzağa üz tuturuq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.