Şou-biznes

Pərvin Abıyeva: "Heç bir kişinin başı üçün deyil ki, mənə nəsə aldığını desin" - VİDEOMÜSAHİBƏ

18 Noyabr 2019 20:14
14 Şərh     Baxış: 3 718

Məşhur aktrisa Pərvin Abıyeva Azxeber.com-a müsahibə verib.

Həmin müsahibəni tədqim edirik: 

- Pərvin ən çox müzakirə edilən aktrisasız. Sizcə bunun səbəbi nədir?
- Mən olduğum hər yerdə müzakirə edilirəm, bu təkcə aktrisalıqla bağlı deyil. Özümü gözəl hesab etmirəm. Ancaq çox sanslıyam ki, Allah mənə hər bir şey verib. Əgər belədirsə, niyə də özümü gözəl deməyim? Amma özüm də bilirəm ki, cazibə qüvvəm var. Mənim qəşəng bir də şarmım var. Çox cəlbediciyəm (gülür)

- Bəzi məşhurlar gözəl qalmaq üçün estetik əməliyyata üstünlük verirlər. Bəs siz necə?
- Bədənimdə estetik əməliyyat demək olar ki, yoxdur. Burnumda və dodağımda var. Botoks və üz dartma kimi şeylərim də yoxdur. Dodağımda da iz olduğu üçün kosmetoloqla məsləhətləşib, etmişəm.

- Özünüz məşhur olsaz da ailənizi hər zaman mediadan kənar tutursuz. İndiyə kimi onları görən olmayıb...
- Seçdiyim sənətdən dolayı, məndə özgüvən çoxdur. Bir az da ruhumda azadlıq var, bunu gizlətmirəm. Bundan dolayı insanlar hər zaman məni qınayırlar, pis mənada qələmə verirlər. İçimi, məni bilib tanımadan qınayırlar, söyürlər. Əgər bu gün cəmiyyətimiz bu vəziyyətdə olmasaydı, hamını daş-qalaq edib, şər atmasaydılar, babal yumasaydılar ailəmi gizlətməzdim. Mən düşünərdim ki, niyə ailəmi gizlədim. Mənim işimi və özümü gözəl qəbul edirlərsə, nəyə görə mənim ailəmi qəbul etməsinlər. Mənim valideynlərimə nələrin deyildiyini, nələrin yazıldığını bilirsiz. Bir sözlə, məni iyrəndiriblər. İstəmirəm mənə görə onların adlarına söz gəlsin. Ailə mənim yaralı yerimdir. Bu gün mənə desələr ki, qardaşın üçün canın ver, heç düşünmədən verərəm. Qardaşım ali təhsillidir. Öz savadı ilə universitetə girib, hətta xaricdə təhsil alır. İnformasiya Texnologiyaları üzrə mütəxəsisdir. Bildiyiniz kimi o sahədə pul və ya tapşırıq keçmir.

- Qardaşınız da çox vaxt müzakirə olunur...
- Mən özüm onu buralardan uzaq tuturam. Səbəb bir az mən, bir az da insanların düşüncə tərzidir. Qardaşım 11-ci sinifi bitirdikdən sonra şəhəri tanıyıb. Qardaşımı efirə çıxartsam onun üstündə dava, qırğın olacaq. Filmlər, reklamlar, kliplər və model təklif alacaq. O çox yaraşıqlı və istedadlıdır.

- Adınız daha çox məmur övladları ilə hallanır...
- Tanınmışlar içində ən çox mənim adım məmur övladları ilə hallanır. Mən bununla qürur duyuram. Sevinirəm ki, məni məmur övladları ilə bir tuturlar. Daha demirlər ki, Pərvinin məmur sevgilisi var, "həci"si var və ya 40-50 yaşlı biznesmenlə sevgilidir. Qoy desinlər ki, məmur övladı və ya biznesmən övladı ilə sevgilidir. Çünki bu adamlar öz pullarını yox, atalarının pulllarını yeyir. Deyə bilməzlər ki, Pərvinə pul vermişik, nəsə almışıq. Bu kimi sözlər mənə yaddır. El dili ilə deyə bilərəm ki, heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm. "Maşın" şounun ikinci iştirakımdan sonra çox tanınmış məmur tərəfindən zəng gəldi ki, sizə bahalı avtomobil hədiyyə edir. Qəbul etmədim, həmin an sevdiyim insan da yanımda idi. Bu mənim xatekterimə uyğun deyil.

- Bəs münasibətdə nəyə üstünlük verirsiz?
- Həddində artıq həssas insanam. Mala, mülkə önəm verən insan deyiləm. Mənim üçün əsas diqqət, qayğı və nəvazişidir.

- Son vaxtlar sosial şəbəkələrdə çox passivsiz...

- Bilirsiz niyə? Çünki indi kimə baxırsan hamı blogger, model və aktrisa olub. Adamın əsl aktrisa və modellərə ürəyi ağıyır. Sosial şəbəkələr mənə çox maraqsız gəlir, artıq ora çox az-az daxil oluram".

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Aki 1 · 18 Noyabr 20:18172

    Sənə ne isə alan kişinin ailəsi uşağı varr deyə sesini cıxarda bilmirrr

    Cavab yaz
  • Anonim
    NUR · 18 Noyabr 20:27122

    Goyde bir das var firlanir))))

    Cavab yaz
  • Anonim
    Ali · 18 Noyabr 20:4371

    SenAllah düz deyirsen? İnandim axi

    Cavab yaz
  • Anonim
    Seymur · 18 Noyabr 20:58172

    Hal hazırda sürdüyün bahalı maşını ter töküb,illerle eziyyet cekib almısan yeqin. Malades

    Cavab yaz
  • Anonim
    Ayka · 18 Noyabr 21:2792

    Pah demesenki inandiq ele olsaydi hamida porse olardi

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 18 Noyabr 21:53112

    Təkəbbür....özündən demə!!! İmkan ver millət sənə qiymət versin.

    Cavab yaz
  • Anonim
    M N -100 · 18 Noyabr 22:08110

    Allah remet etsin Nesibe Zeynalovaya,Fuad Poladova,ve digerlerine...Cox heyif...

    Cavab yaz
  • Anonim
    Samire · 18 Noyabr 22:09121

    Deyir, mala mülke önem veren insan deyilem. Yalansa inanan daşa dönsün.

    Cavab yaz
  • Anonim
    Reşid-32 · 18 Noyabr 22:21100

    burda tecüblü ne var ki? pulunu veribler özü alıb daa.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 Noyabr 22:581217

    Neee eybecer görunur eee 5 yasinda usaq razmerinde donuda gucle kecirdib eynineeee eybecer qıçlarinda qoyub bayirdaa Yeqin atonda o kisilerin icinde gedir heeee İndiyene qeder deyə bilmez sene nese alibbbb??? İnsanda danisiq qabiliyyeti olar eeee

    Cavab yaz
  • Anonim
    İNSAN · 18 Noyabr 23:39130

    Utanmasan oynamaga ne var ki.... ele danisir adam şubhe edir eeee gorduklerinden bi zehmet desinler gorek nece qazanirlar onemsemedikleri bu pullari bizde ele qazanaq Xanim Qafarova pulsuzduqdan öldü eee Sen ondan isdedadlisan ?

    Cavab yaz
  • Anonim
    Famil · 19 Noyabr 02:2930

    Yenə cürük,mənasız,başdan ayağa yalan kücə söhbətləri.Sən dedin xalqda inandı?

    Cavab yaz
  • Anonim
    ziyali · 19 Noyabr 09:0540

    Duz deyirsen.Pulu verirler nesaeni ozuni alirsan.

    Cavab yaz
  • Anonim
    namelum · 19 Noyabr 10:0701

    Pervin pis qiz deyil amma bu musahibesini sevmedim cunki men ozundenrazi adamlari sevmirem boyuk danisanlarida hemcinin ona gore de bu musahibeni beyenmedim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.