Şou-biznes

"Bakıda bir həftə qalsam, Miri Yusif kimi Xalq artisti olaram" - Cem Yılmaz

16 Noyabr 2019 16:51
13 Şərh     Baxış: 4 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli şoumen Cem Yılmaz Bakıya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor hazırda media nümayəndələri ilə görüşüb. Cem jurnalistlərin suallarını cavablandırıb:

"Əgər bacarıqlı olsam, şou gözəl keçsə, dostlarımı da Bakıya gətirəcəm. Bakını az gəzdim, sabah vaxtım var. Yaxşı gəzə bilərəm. Gözəl bir yerdir. İki gün sonra geri qayıdacam, amma fikrimdə qalacaq. Buradan tar alacam, dostuma aparacam".

Yılmaz daha sonra "Tarkanla orqanik bir bağımız var. Bilet qiymətiləri açıqlayanda, ilk ağıla Tarkan gəlir. Sənət adamlarının işi çətindir. Ona görə də sənət dostlarımdan nələrsə danışacam gecədə" sözlərini əlavə edib. 

Cem Azərbaycan sənətçilərindən tanıdıqlarının adını açıqlayıb:

"Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıyıram". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.