Şou-biznes

"Səsləri olmadığı üçün canlı oxumurlar" - Zenfiradan həmkarlarına SƏRT İRAD - VİDEO

13 Noyabr 2019 16:44
5 Şərh     Baxış: 1 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Zenfira İbrahimova verib.

Milli.Az bildirir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi həmkarlarını sərt tənqid edib:

"Deyirlər ki, trendə düşmək mənim üçün boş şeydir. Amma ürəkləri gedir ki, trenddə olsunlar. Səsi olmayan insan özünə sərmayə qoyub özünü məcburi tanıdırsa, bunun müddəti var. Bir az sonra o heç kimə lazım olmayacaq. Mənim üçün rəqib yoxdur. Mənimlə "Çahargah təsnifi"ni, "Şur dəsgahı"nı, "Rast dəsgahı"nı, "Qarabağ şikəstəsi"ni oxusa, onu rəqib saya bilərəm. Səsləri yoxdur deyə canlı oxumaqdan da çəkinirlər. Gül səpdirirlər, fişəng atıb, şar partladırlar. Nə verilişə tək getmirəm, nə də gül səpdirmirəm. Sadə vətəndaşam. Hansı verilişə dəvət etsələr, fərq etmir. Öz işimi icra edib qayıdıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.