Şou-biznes

Azərbaycanlı aparıcı özünə otaq boyda qəbir qazdırdı - DƏHŞƏTLİ OLAY - VİDEO

11 Noyabr 2019 12:19
6 Şərh     Baxış: 6 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı-aktyor Sərxan Kərəmoğlu "Şou ATV"də tükürpədən etirafı ilə dəhşətə gətirib.

Milli.Az xəbər verir ki, Sərxan 19 il öncə özünə məzar qazdırdığını bildirib:

"Mənim 19 ildir qəbir evim hazırdır. Gəncədə sərdabə deyilən şey var, 3-ün 4-ə - bir otaq. Gir içində ayaq üstə gəz. Qardaşımla bərabər, yerdir götürmüşəm". 

Sərxan bu ilginc addımı atmağına səbəb olan dəhşətli faktı da efirdə açıqlayıb:

"Mən bu qərara niyə gəldim? 1999-cu il 28-dən 29-na keçən gecə idi. Mən Moskvada ailəmlə yaşayan bir dövr idi. Səhər saat 4-5 arası bir telefon zəngi gəldi. Qaldırdım, gördüm səs gəlmədi. Xışıltı səsi idi. Mən telefonu qoydum yerə, ikinci dəfə zəng gəldi. Dəstəyi qaldırdım "Kimdir? Alo, alo. Gördüm nəfəs gəlir, nəsə deməyə çalışır, amma deyə bilmir. Mən dəstəyi asdım. O MƏNİM QARDAŞIM İDİ. Son anında mənə zəng etdi ki, nəyisə desin, deyə bilmədi". 

Aparıcı qardaşı Kəramətin ölüm səbəbini "Ürək çatışmazlığı deyim, amma ürək çatışmazlığı deylildi. Alkoqoldan çox içmişdilər hər biri. Adi bir tabletin güdazına getdi. Şoka salıb, ürəyi dayanıb. O məzar mənim qardaşımın cənazəsi Moskvadan Azərbaycana gətirilən iki gecənin içində hazırlandı" ifadələri ilə izah etməyə çalışıb.

Sərxan Kərəmoğlunun açıqlaması təfərrüatı ilə videoda:

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.