Şou-biznes

Roza Elzanı "tanımadı" - "Onlar üçün şərəf olar"

11 Noyabr 2019 17:09
2 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasındakı qalmaqal daha da alovlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla" verilişində Seyidcahanla bağlı suala Roza belə cavab verib:

"Kimlə? Tanımıram. İstəyirsiz onları gündəmə gətirim? Onlar üçün şərəf olar. Çaşırlar, sonra da peşman olurlar".

Elzanın Zərgərliyə cavabı da gecikməyib. O, "Allah sevə-sevə yaratdığı şah əsər, qarşınızda durub. Hələ doğulmayıb, tanıyacaq da. Elza bu gün yox, əsrlərlə yaşayacaq" deyə, bildirib.

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala Rozanın mərhum Xalq artisti İlhamə Quliyevanın kürsüsünə keçmə istəməsi səbəb olmuşdu. Elza sənətçiyə "İşinlə, bədən formanla məşğul ol" sözlərini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.