Şou-biznes

Türkandan Pərvizin ayrılıq açıqlamasına cavab

11 Noyabr 2019 13:29
12 Şərh     Baxış: 7 932

"Neçə gündür İnstaqramda şərhləri bağlayıram. Pərviz danışdı, mən yox. Ona görə mənə təhqir yazırlar. Bu da mənə çox pis təsir edir. İllərdir Pərvizlə dostuq, birlikdə çörək qazanırıq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Hər şey daxil" verilişində deyib. Sənətçi duet ortağı Pərviz Bülbülənin ondan ayrılma səbəbini açıqlayıb.

Türkan bildirib ki, Pərviz ona haqsızlıq edib:

"Pərviz sənət adamıdır, bilir ki, özü də dəfələrlə yaxın dostlarının məclisinə çata bilməyib. Biz xalqın toylarını, məclislərini oxuyuruq. Pərvizin Azərbaycanda və kənarda olan dostlarının toyunu bir manatsız oxumuşam. Yenə də buna hazıram.

Həmin dostunun rayondakı toyunu gedib başdan-ayağa təmənnasız oxumuşam. Bu dəfə uşağının məclisi idi. Toy varsa, bir gün əvvəl deyilməlidir. Mən də başqa bir toydayam. Necə mikrofonu yerə qoyum və gedim dəvətə? Bu səbəb deyil.

Yenə də Pərvizdən incimirəm. Onunla duet oxumamazlıq etmirəm. Pərviz neçə toy dəvəti olub, bizi birlikdə çağırıblar, imtina edib.

Mən başqa bir şey bilmirəm. Pərvizin ayrılıq səbəbini də efirdən eşitdim".

Qeyd edək ki, türkanla ayrılma xəbərini Pərviz açıqlamışdı. O, bundan sonra birlikdə işbirliklərinin olmayacağını söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Zəhra · 11 Noyabr 13:32258

    Yapışıbsan zəli kimi əl çək daha.....Başa düş qadın o insan ailəlidir.......Net.....

    Cavab yaz
  • Anonim
    xl · 11 Noyabr 13:54177

    bu camieden olan ayriliqlardan en cox sevindiyim bu oldu.ne yaxsi ki ayriliblar.aile her seyden onemlidir.

    Cavab yaz
  • Anonim
    NUR · 11 Noyabr 13:57164

    Türkan kimilər olmasa dünya ,ailələr firavan yaşayar)))

    Cavab yaz
  • Anonim
    Ayka · 11 Noyabr 14:03174

    Yeqin pervize yoldasi dedi ya turkan ya men perviz de dogru secimini etdi

    Cavab yaz
  • Anonim
    QQ · 11 Noyabr 14:25712

    Deməyinə baxmayın ,Türkan istedadlı qızdır Pərvizin onunla gözəl duetləri alınır.Pərviz ondan belə asanlıqla imtina eləyə bilməz.Türkan kiminlə oxusa ulduz olacaq

    Cavab yaz
  • Anonim
    Seva... · 11 Noyabr 15:46189

    Pervizi ne qaldirib dag bawina qoymusuz axi? Kim kime salam verirse ,kim kimle duet oxuyursa bu o demekdiki onun bawqa munasibeti olur? Onda gerek hecbir qadinin kiwi iw yoldawi olmaya. Turkanin neyine lazimdi ,Perviz?. Gozel goycek istedadli qizdi.elini sallasa ellisi geler daliyca. Sevgili axtarsada Pervizden yarawiqlisini,Pervizden pullusunu tapar.

    Cavab yaz
    • Anonim
      Hey · 11 Noyabr 19:1346

      Belle de sen Turkansan ???

      Cavab yaz
  • Anonim
    Janna · 11 Noyabr 20:0960

    Cavanşir və Firuzə rekordunu heç kim qıra bilmədi dəə

    Cavab yaz
    • Anonim
      cvb · 12 Noyabr 11:1100

      Birdə Könüllə Cabbar da hələki davam edirlər uzun illərdir.

      Cavab yaz
  • Anonim
    Seva · 12 Noyabr 10:4210

    Damlaya molodes. Uz vermedi. Ilk defe adini onda duymusam. Sonra bir defe TESADUFEN dinledim. menlik deyil oxumag terzleri. Duzu hec Damlani da osobenniy dinleyen deyilem.

    Cavab yaz
  • Anonim
    Ramil · 12 Noyabr 19:2710

    Da nə isdiyirsən ki sənə hər şeyi öyrətdi indi səndə get damla kimi tək oxuda Pərviz senən yenə yetişdirəcək onu üçün asandır bu çünkü Pərviz isdedad sahibidir damla olmasın türkan olsun yada başqası

    Cavab yaz
    • Anonim
      Bəhruz · 13 Noyabr 09:4000

      Aynən...

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.