Şou-biznes

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

11 Noyabr 2019 10:13
0 Şərh     Baxış: 4 905

10:13

Aparıcı Xose Bernando və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Xose Bernardo və paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov Bakının Pirallahı rayonu ərazisində bıçaqlanıb. X.Bernando ilkin tibbi yardımdan sonra evə buraxılsa da, R.Hüseynovun vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.

----------

09:25

Aparıcı Xose Bernardo bıçaqlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda İnstaqramda məlumat yayılıb.

Bildirilib ki, Xose "Artyom" adlanan ərazidə bıçaqlanıb. Qardaşı Rafael də həmin vaxt onun yanında olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.