Şou-biznes

“Üzeyiri yamsılayırlar” - Xalq artistindən dəstək

6 Noyabr 2019 15:59
15 Şərh     Baxış: 4 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənə hərdən bir neçə ifaçı barədə sual verirlər. Deyirəm  ki, yaxşı ifaçıdır. Bir ifaçının 100 min, bir milyon dinləyicisi varsa, onlara pis deməyə haqqım yoxdur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" verilişində Xalq artisti Samir Cəfərov deyib.

O, müğənni Üzeyir Mehdizadəni dəstəklədiyini bildirib:

"Kim nə gəldi danışır ki, o, özfəaliyyətdir. Bu oxuya bilmir. Bu sözlərin yeri yoxdur. Hərə öz işiylə məşğul olsun. Hərənin öz yolu, tamaşaçısı var. Nə qədər peşəkar musiqiçi olursa, olsun. Siz yaxşı iş görün, sizi dinləsinlər.

Bazara mal çıxarıram. Sən malının sata bilmirsənsə, o, satırsa günah özündədir. Deyirlər ki, Üzeyir Mehdizadə. Söyləyirəm ki, əla ifaçıdır. Hamı klassik oxumamalıdır ki...

Onun öz janrı var, tərz yaradıb. Hərdən efirlərə baxıram ki, çoxları o tərzi yamsılayır. Təkcə burada yox, Rusiyada, Türkiyədə, Orta Asiyada. O, Azərbaycna musiqisinə heç bir xələl vurmayıb. Meyxanaçıya demək olmaz ki, meyxana demə. Onun zövqü odur. Elə iş görün ki, sizə daha çox önəm versinlər. On nəfər bir nəfərin üstünə düşürsə, hamı bir nəfəri müdafiə edir. Onları çox əzməyin".

Sənətçi Gəncə Dövlət Filarmoniyasından istefa verməsinin Damlanın oradakı konsertindən sonra reallaşması ilə bağlı suala isə belə cavab verib:

"Filarmoniyalar hər bir insan və janr üçün tikilir. Damlanın orada konsert verməsində qəbahət yoxdur. Konsertin təşkilatçısı mən deyildim. Damlanın qonorarı da, tamaşaçıların gəlməsi də sponsordan asılı idi. Mənə qarşı heç bir təzyiq olunmayıb. Buna görə istefa verməmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.