Şou-biznes

Ərini xəyanət etdiyi qadınla maşında tutan Aynur: Xanım onu öldürür ki... - FOTO

4 Noyabr 2019 15:24
11 Şərh     Baxış: 17 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aynur Dadaşova 2 il əvvəl həyat yoldaşından ayrılmağına səbəb olan xəyanət olayının təfərrüatını "Ay Zaur"da danışıb.

Milli.Az xəbər verir ki, müğənni ərini yad qadınla işıqforda yan maşında gördüyünü bildirib. 

Ərinin xəyanət etdiyi qadın müğənnini görüb tanısa da maşınında əyləşdiyi kişinin Aynur Dadaşovanın həyat yoldaşı olmağından xəbərsiz olub:

"Bir gün svetaforda durmuşam. Uşaqların atasının yanında bir xanım... Xanım onu öldürür ki, "Aynur Dadaşovaya bax". Nə deyim ki, uşaqlarımın atasıdır. Qadın maşında qabaqda oturmuşdu. Svetaforda durub mən onlara baxıram, onlar da mənə. Qadın bilmir ki, yanındakı kişi uşaqlarımın atasıdır. Yolumu dəyişdim, indi görün mən nə qədər güclü qadınam". 

Aynur bu etirafı ilə aparıcı Zaur Kamalı da təəccübləndirməyi bacarıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.