Şou-biznes

“Azərbaycan müğənniləri qoşa yaranıb, təkcə Xumardan başqa...” - FOTO

4 Noyabr 2019 12:17
21 Şərh     Baxış: 5 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq şairi Ramiz Rövşən Əməkdar artist Xumar Qədimovanın İmadəddin Nəsiminin qəzəlinə bəstələdiyi "Neylərəm" qəzəli haqda fikirlərini bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə elə klipin təqdimatı zamanı danışıb:

"İnsan proqramlaşmış kainatdır. Allahdan başqa hər şey qoşadır. Qəribədir ki, Allah hər şeyi qoşa yaradıb. Və Azərbaycan müğənnilərini də qoşa yaradıb. Siz bir Azərbaycan ifaçılarına nəzər yetirsəniz görəcəksiniz ki, gündüz və gecə, şuxluq və kədər bizim ifaçılıq sənətində vardır. Misal üçün Rübabə Muradova, Şövkət Ələkbərova, Flora Kərimova, Zeynəb Xanlarova. Bunlar bir-birini tamamlayan sənətçilərdi. Amma çox nadir hallarda həm kədər, həm də şux ovqatlı ifa bir müğənnidə təccəssüm olunur. Xumar xanım həmin müğənnilərdəndi. Onun səsində həm Rübabə Muradovanın kədəri, həm də Zeynəb Xanlarovanın şuxluğu var".

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.