Şou-biznes

Afaq Bəşirqızının zalı tərk etdiyi QALMAQALA REAKSİYA: Sənin haqqın yoxdur - FOTO

24 Oktyabr 2019 11:00
9 Şərh     Baxış: 23 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) "Hər şey daxil"də son günlərin ən səsli-küylü olayına çevrilən xalq artistləri Afaq Bəşirqızı və Azər Paşa Nemətov arasındakı qalmaqaldan danışıb.

Milli.Az xəbər verir ki, Şeyx Əbdül tərəfləri "kreslo davası"nda qınayıb:

"Azərbaycan kino tarixini biz yaratmışıq. Mən prinsip etibarı ilə teatr aktyoru deyiləm. Amma hörmətli Azər müəllim də, hörmətli Afaq xanım da Azərbaycan cəmiyyətində sözü, mövqeyi olan, tanınan, qəbul olunan insanlardır. Mən başa düşə bilmirəm ki, hansı təsadüf, hansı arzuolunmaz milçək bunları sancıb ki, belə bir mühüm tədbir vaxtı bir-birinin ünvanına belə yolverilməz sözlər desinlər. Bu mənim ürəyimi ağrıdır. İnsanın iki ünsiyyət vasitəsi var - göz ilə söz! Bu mədəniyyəti də teatr səhnəsi üçün, istəyir kino ekranı üçün yaradan bizik. Sənin heç bir haqqın yoxdur ki, kənar yerdə nəsə axtarasan. Çünki hamısı səndədir. Camaat səndən götürür. Afaq xanımla Azər müəllimin adi bir kreslo üstündə ... Yəqin bu, teatr daxili bir məsələdir!" 

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının sədri olmaq istəməsi ilə bağlı yayılan şayiələrə "Bu, ağ yalandır. Mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəməmişəm. Ümumiyyətlə, vəzifədə olmaq, kresloda oturmaq mənim düşüncəmdən belə keçməyib. Çünki mən o cür xarakterli insan deyiləm. Bu, ancaq cılız adamların fikridir. Onlar artıq bilmirlər ki, nə danışsınlar. Əgər mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəsəydim, qurultayın geniş auditoriyasının olmasını, alternativ namizədlərin olmasını tələb etməzdim. Bilirsiniz necədi, uşaq əmziyə öyrənən kimi, bu cılız adamların fikri də yalnız kreslodur, ancaq vəzifədir" fikirləri ilə son qoymuşdu.

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib. Afaq Bəşirqızı konfransın gedişatına etiraz əlaməti olaraq oranı yarımçıq tərk edib. Azər Paşa Nemətov səsvermə ilə yenidən sədr seçilib.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.