Şou-biznes

Yusif Mustafayev qadınların döyülməsi ilə bağlı: "Yaxşı at özünə qamçı vurdurmaz""

23 Oktyabr 2019 13:49
17 Şərh     Baxış: 4 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"X maqazin" verilişi şou-biznes nümayəndələri arasında qadına şiddətlə bağlı sorğu aparıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar arasında Əməkdar artistlər Baloğlan Əşrəfovla Yusif Mustafayevin cavabı diqqət çəkib.

B.Əşrəfov "Qadına əl qaldırmısan" sualına "Əsəbləşəndə elə olur ki, ya gərək yumruğu stola çırpasan, ya da yüngül nəsə... Yüngül şeylər olur, kişiyə yaraşmaz desin ki, "yox" etmirəm" cavabını verib.

Etiraf etməkdən çəkinən Y.Mustafayev isə "Biz sovet dövrünün insanlarıyıq. Olub desəm, məni qınayarlar. Bəlkə hələ iş də verərlər. Qorxuram söz deməyə. Amma yaxşı at özünə qamçı vurdurmaz" sözlərini deyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.