Şou-biznes

“Üzr istəməyincə, barışmayacam” - Roza Abbasla Elza haqda

20 Oktyabr 2019 19:15
5 Şərh     Baxış: 2 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərli Əməkdar artistlər Elza Seyidcahan və Abbasov Bağırovla küsülü olmasından danışıb.

Milli.Az bildirir ki, o, bu barədə Axşam.az-ın suallarını cavablandırarkən ilk addımı qarşı tərəfdən gözlədiyini deyib.

"Onunla barışmadım. Xasiyyətimə bələdsiniz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacam. Heç olmasa deməlidir ki, "sözdür də çıxdı ağzımdan, unut getsin". Bu yaxınlarda da Elza ilə üz-üzə gəlsəm də heç bir reaksiya vermədim. Abbasa gəldikdə isə, o, mənim üçün heç bir önəm daşımır. Bizim aramızdakı söhbət "Maşın"ın "Xanımlar və cənablar-2" sürətindən sonra yarandı. Abbas bu söhbətdə haqsız olduğunu çox gözəl bilir. Boş yerə heç kəsdən küsmürəm. Publikaya oynamaq lazım deyil. Aktyorluq etməyə gərək yoxdur. Tamaşaçı hər şeyi çox gözəl görür, eləcə də anlayır".

Qeyd edək ki, müğənninin E.Seyidcahanla qalmaqalı "ATV maqazin onlarla" verilişində həmkarının ona dediyi "Heç kimə arzulamıram ki, İlhamə Quliyevanın "taxt"ında otursun. O, yaxşı "taxt" deyil. O "taxta" getsən, məhv olarsan, otur öz yerində" sözlərindən sonra yaranıb.

R.Zərgərlinin Abbasla münasibətlərinin korlanmasına səbəb isə ifaçının "Maşın" şouda bloqer Hüseyn Əzizoğlunun əli ilə onu oyundan çıxarması olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.