Şou-biznes

Otuz yaşından sonra MƏŞHURLAŞANLAR - Xalq artistləri, aparıcılar, vayner... - FOTO

18 Oktyabr 2019 05:30
0 Şərh     Baxış: 5 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən məşhurluq zirvəsini fəth etmək üçün uzun zaman tələb ounur. Kimi gənc yaşlarda məşhurlaşsa da, digərləri şöhrətin astanasına gec çatırlar.

Milli.Az 30 yaşdan sonra şöhrət qazanan bir qrup sənətçi barədə kiçik araşdırmamızı təqdim edir.

Müğənni Elariz Məmmədoğlu 1964 cü ildə anadan olub. İlk dəfə ''Tup-tup'' mahnısına çəkdirdiyi kliplə 36 yaşında məşhurluq qazanıb. Hazırda Amerikada yaşayır.

Xalq artisti Eyyub Yaqubov da təxminən 35 yaşında məşhurluğun dadını bilib.

Bir neçə il ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun "Humayun" ansamblında musiqiçi kimi (fortepiano) çalışan Yaqubov 2000-ci ildə oxuduğu "Ana" mahnısıyla geniş tamaşaçı kütləsinə tanınıb. 

"Yeni ulduz" müsabiqəsinin qalibi İlhamə Qasımovanın da populyarlığı 30 yaşdan sonraya təsadüf edir.

1976-cı il doğumlu Qasımova peşəkar səhnəyə ilk addımını 2005-2006 cı illərdə keçirilən ''Yeni ulduz-4'' yarışması ilə atıb.

Sonradan toylara getməyi özünə sığışdırmayan sənətçinin səsini belə demək mümkünsə, o vaxta qədər yalnız satıcı işlədiyi dükanın alıcıları eşidə bilərdi. 

Hazırda 39 yaşı olan Nigar Camal da 31 yaşında adından söz etdirməyə başlayıb.

1980-ci ildən olan sənətçi 2011-ci ildə İlhamə Qasımovanın da milli seçim turlarında iştirak etdiyi "Avroviziya" yarışmasını  qalibi (Eldar Qasımovla birlikdə) olub.  

Müğənni Afət Fərmanqızı da populyarlığı 35 yaşından sonra qazanmış sənətçilərdəndir.

Düzdür, Fərmanqızı 2000-ci illərin əvvəllərində efirlərdə olub, amma ona məşhurluğu Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu hind mahnısı qazandırıb.

Qeyd edək ki, Fərmanqızı 1979-cu ildə anadan olub. 

Şairə Nazilə Səfərlinin populyarlığı da 35 yaşdan sonraya təsadüf edir.

Səfərli də Fərmanqızı kimi illər öncə efirlərdə olub.
Amma onun "Maşın şou"nun iki il öncəki buraxılışlarında daha geniş kütləyə tanındığını demək olar. 

Aşıq Telli Borçalı (əsl adı Telzada Kurbanova) 1969 cu ildə Gürcüstanda anadan olub.

1997-ci ildə Bakıya köçən aşıq məclislərə getməyə başlayıb.

Ancaq tam əminliklə demək olar ki, Telli də geniş kütləyə qırx yaşından sonra tanınıb. 

Səməd Səmədov 1946 ci ildə Türkmənistanda anadan olub.

Qırx yaşına qədər toylara musiqiçi kimi gedən xalq artisti, yalnız qırx yaşından sonra müğənni kimi efirlərə çıxmağa başlayıb.

Niyam Səlami - 1976 cı ildə anadan olub.

Aşpaz kimi tanınan Səlami müğənni kimi 2005-ci ildə fəaliyyətə başlayıb. 

Elgiz Əkbər - 1974 cu ildə anadan olub.

Otuz üç yaşına qədər mətbuatda olan aparıcı, ilk dəfə aparıcı kimi efirə 2007 ci il də ANS TV-də çıxıb.

Onun aparıcısı olduğu "Bağlama" verilişi o dövr üçün böyük səs-küyə səbəb olmuşdu.

Taleh Yüzbəyov 1986 cı ildə anadan olub.

Hələ tələbə olarkən 'Azərbaycan Dövlət Pantomima Teatrı'nda çalışmağa başlayan Yüzbəyov 2016 cı ildən sosial şəbəkələrdə paylaşdığı videolarla məşhurlaşıb. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.