Şou-biznes

Nərmin Behbudova 18+ klip çəkdi, "Youtube" məhdudiyyət qoydu - FOTO

16 Oktyabr 2019 15:55
1 Şərh     Baxış: 4 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Narmeen" səhnə adı altında çıxış edən gənc müğənni Nərmin Behbudovanın yeni klipi qalmaqala səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "YouTube" videohostinqi Nərminin açıq-saçıq ekran işinə senzura tətbiq edib.

İfaçı məsələyə belə aydınlıq gətirib:

"Sirr" klipimə yaş həddi qoyan "YouTube"un nümayəndələri  ilə 10 gün ərzində yazışdım. Klipdə açıq-saçıq səhnələr olduğu üçün ona "18+" senzurası tətbiq edilib.

Müğənni bildirib ki, "YouTube" nümayəndələrinə müraciətlərində onlardan klipi bir neçə dəfə nəzərdən keçirməyi və digər videolarla müqayisə etməyi xahiş etsə də, onlar fikirlərindən dönməyiblər.

"O vaxt nə edəcəyimizi bilmirdik, amma klipi yenidən montaj etməyi fikirləşdik. Yeni görüntülər çəkdik və əsas səhnələrdən birini dəyişdirdik, sonra videonu yenidən şəbəkəyə yüklədik", - Nərmin qeyd edib.

"Sirr" klipinin yenidən işlənmiş versiyasında aşağıda göstərilən kadrlara görə "YouTube" videoya yaş həddi qoyub.

Qeyd edək ki, vokal ifaçısı Nərmin Behbudova "Səs Azərbaycan" musiqi layihəsinin ən parlaq iştirakçılarından biri olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.