Şou-biznes

Səidə Sultan qəzəbləndi: “Üç badam bir qoz..."

15 Oktyabr 2019 20:14
2 Şərh     Baxış: 2 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son vaxtlar mən də bir tamaşaçı kimi şou-biznesi kənardan izliyirəm. Ən çox diqqətimi çəkən kəlmə də, "xalq", "xalqım" kəlməsi oldu. Mənim üçün xalq sözü ağır çəkili sözdür. Çox təsüf ki, bu gün hər yerindən duran, üç badam bir qoz oxumaqla sinələrinə vuraraq "xalqım" deyib gəzirlər!"

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan instaqramda yazıb. Həmkarlarının özündən razılığından giley edən sənətçi sözlərinə belə davam edib:

"Xalqım sözünü işlətmək üçün, sənətçinin bəlli bir yaşı, bəlli bir statusu, bəlli bir illəri lazımdır. Adama deyərlər mahnınızı oxuyun da. Xalqı eləyiblər oyuncaq... Bir də ki xalq, xalqım demək döyüş meydanına yaraşır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.