Şou-biznes

"Heyvanları çox sevirəm deyə iki ildir ət yemirəm"

9 Oktyabr 2019 15:32
0 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nura Suri illər sonra ilk dəfə AzTV-də qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Gün başladı" verilişinə qatılıb. Nura formada qalmasından söz açıb. O bildirib ki, iki ildir ət yemir:

"İdmanla məşğul oluram. Vaxtım olmayanda, dəniz kənarında çıxıb gəzirəm. Heyvanları çox sevirəm, ona görə də iki ildir ət yemirəm. Uşaqlıqda məndə belə hal olmuşdu, qorxurdum heyvan əti yeməkdən. İndi yenidən qayıtmışam həmin halıma.

İndi orqanizmim və qəbul etdiyim qida sağlamdır. Kənd məhsulları istifadə edirəm. Ancaq nehrə yağı alıram. Pəhriz saxlamıram, amma yeyib-içməyimə fikir verirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.