Şou-biznes

Əməkdar artistə qarşı 25 minlik QULDURLUQ - Əlini tutdum, yarısını götürdülər - FOTO

7 Oktyabr 2019 12:08
1 Şərh     Baxış: 2 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konsertə getmişdik. 500 min yığmışdıq. "Şirvan" deyirdilər onda, onluqlar idi.

Milli.Az xəbər verir ki, bu sözləri əməkdar artist Şəbnəm Tapdıq "Hər şey daxil"də illər öncə başına gələn oğurluq hadisəsindən danışarkən deyib.

Şəbnəm illər öncə qatarda pullarının oğurlandığı həmin olayı efirdə danışıb:

"Atam tapşırmışdı ki, "Bax ha, qatarda yuxulayarsan, pulların gedər". Elə də oldu! Əlini tutdum, yarısını götürdülər. Gəldim evə ağlaya-ağlaya ki, əməyim batdı. Atam gəldi durdu başımın üstündə: "Gözümün içinə düz bax. Mən sənə nə dedim?!" Bu vaxt zəng gəldi, bir şadlıq evindən dedilər "Sizi görmək istəyirlər. Həmin pulun əvəzini verdilər". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.