Şou-biznes

"Onu eşşək kimi döyərdim. Sənin nə ixtiyarın var mənim anama, bacıma..." - FOTO

26 Sentyabr 2019 11:27
9 Şərh     Baxış: 15 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov Rayon Yol Polisi Şöbəsinin keçmiş tağım komandiri Mehdi Səlimov qalmaqalı bu dəfə "Hər şey daxil"də müzakirə olunub.

Milli.Az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) sürücünü etdiyi təhqirlərə görə polisin yerinə olsaydı, uniformanı çıxarıb "o kişini eşşək kimi döyərdim" deyib.

Tolik səbəbini belə izah edib:

"Bir həftə bundan qabaq bir yol polisini vətəndaş söydü. O yol polisini niyə çıxartdılar işdən? Çünki o yol polisinin yaşı pensiya yaşına doğru idi. O keçirdiyi həyəcan, onun ailəsinə gələn söz ictimaiyyətdə böyük rezonans doğurdu. Onu çıxartdılar ki, get otur evdə. Çünki bu hal ikinci dəfə təkrar oluna bilər. Mən o polisin yerinə olsaydım, o kişini vurardım. Qoy məni işdən çıxartsınlar. Çünki orada mənim ailəmə, anama, bacıma xələl gətirir. 15 sutka ilə o, canını qurtardısa, o, böyük şeydir. Mən o polisin yerinə olsaydım, çıxardardım geyimimi, onu orada eşşək kimi döyərdim. Sənin nə ixtiyarın var mənim anama, bacıma o sözləri deyirsən? Polis də bir oğuldur. Polis də bir ananın, atanın övladıdır. Bu, o demək deyil ki, sən polisə nə deyirsən de, polis sənə heç nə deyə bilməz. Belə bir şey yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl taksi sürücüsü Fəxrəddin Nəsirov ona protokol yazan Mehdi Səlimovu təhqir etmişdi. O, 15 gün müddətinə həbs edilmişdi. 

Bakıda sürücü tərəfindən təhqir olunan Nərimanov Rayon Yol Polisi Şöbəsinin polisi tutduğu vəzifədən azad edilib. Mehdi Səlimov yaşa görə təqaüdə göndərilib. 

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.