ARB TV-nin "Kim var, kim yox" verilişinin yeni mövsümün ilk buraxılışında qonağı tarzən-müğənni Humay Qədimova olub.
Milli.Az bildirir ki, gənc sənətçi ifaçı kimi fəaliyyətə başlamasının əvvəlcə qınanıldığını deyib:
"Qınağa, tənqidə normal baxıram. İnsanı birinci dəfə necə görürlərsə, göz ona öyrəşir. Təzə-təzə oxuyanda mənə təzyiqlər olurdu. Belə şeylərdə adaptasiya gec olur. İnanın, mən bir çox müğənnilərdən yaxşı oxuyuram. Çünki musiqi təhsilim var".
Milli.Az