Şou-biznes

“Məni üç uşaqla kim alar?”

23 Sentyabr 2019 13:44
7 Şərh     Baxış: 14 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyatımda qığılcımlar olur. Hiss edirəm ki, sevgi başlanır. Sonda görürəm ki, alınmadı. Xasiyyətim pisdir. Çox qayğı istəyirəm, qısqancam. Niyə mənə zəng etmədi deyib, bloka atıram. Münasibəti bitirən tərəf həmişə mən oluram.

Bu sözləri axşam.az-ın suallarını cavablandıran rəqqasə Renka Ağamuradova deyib.

Son günlər paylaşdığı arxiv fotolarından danışan sənətçi gəlinlikdə olan görüntülərinə görə xeyli mesaj aldığını söyləyib:

"Arxiv fotolarımdan sonra İnstaqramıma yüzlərlə mesaj gəlmişdi. Dedilər ki, gəlinlikdə necə məsum düşmüsən".

Renka bildirib ki, yenidən ailə qurmaq fikri ona uzaqdır:

"Qoca arvadam, ərə getmək fikrim yoxdur. Kimə lazımam ki, mən? 34 yaşım var. Qızlar doludur. Məni üç uşaqla kim alar? Biləndə ki, üç uşağım var qaçırlar. Əcnəbi vətəndaşla da ailə qurmaram, ingiliscə danışa bilmirəm. Onu necə başa salacam? İndi bir ay sonra xəbər çıxacaq ki, ərəbə ərə gedirəm. Deyəcəksiz nə oldu, ay gopçu?"

Bir müddətdir qrupla fəaliyyət göstərən rəqqasə sənətində etdiyi yeniliklərdən söz açıb:

"Qrupum üçün yeni qanadlar gətirmişəm. Qiyməti 4 min manatdır, çünki əl işidir. Sadəcə, böyük qutularda idi deyə, gömrükdən buraxmırdılar. Sonradan icazə verdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.