Şou-biznes

“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”

21 Sentyabr 2019 13:24
2 Şərh     Baxış: 3 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nə bankda, nə də bankada pulum yoxdur. Gözütox duruş ailədən gəlir, genetik olan bir şeydir. Gözümü açmışam, bu cür insalar görmüşəm. Atam həbs olunanda çətin günlər yaşadıq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin "Popumuz var" layihəsinin qonağı olub.

O, proqramda yazar atası Çingiz Ələkbərzadə barədə danışıb: "1986-88-ci ildə atam həbsdə oldu, ona şər atmışdılar. Daha sonra azadlığa çıxdı. Lakin yenə maddi olaraq çətin anlar yaşadıq. Həmin vaxtda ikinci sinifdə oxuyurdum. Dərk edirdim, gecələri ağlayırdım. Hər şey gözəl yadımdadır. Həbsxananın qapısında saatlarla gözləmişik, onunla görüşmüşük.

Atamla qürur duyuram. Amma həbsxana onun yeri deyildi. Çünki azadlığı sevən biri idi. Birdən-birdə böhtan atılır və iki il yarım həyatından gedir.  İndi isə ana-atamın hər şeyini saxlayıram. Əşyalarını heç kimə verə bilmərəm. Mən ailəyə çox bağlı insanam. İnsan anadan yetim qalır.  Valideynlərini itirdiyin zaman böyüyürsən. O vaxta kimi isə uşaq qalırsan".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.