Şou-biznes

“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif

19 Sentyabr 2019 15:18
3 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda istedadlı musiqiçilər, müğənnilər çoxdur. Lakin, öz repertuarının olması, çoxalması və tutması mövzusunda düşünmədikləri üçün, onlar sadəcə "istedadlı" olaraq qalır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri müğənni və aparıcı Murad Arif sosial şəbəkədə yazıb. 

O, bəzi ifaçıları artist kimi görmədiyini bildirib: "Məhsuldar olduğun qədər varsan. Mən dəhşət gözəl oxuyan, amma ömür boyu ancaq Şövkətdən, Zeynəbdən, Müslümdən, Əlibabadan, Rəşiddən, Floradan, Məmmədbağırdan oxuyan adama özünü tapmış artist deyə bilmərəm. Cavanşir Quliyev, Aygün Səmədzadə, Vagif Gərayzadə, Eldar Mansurov, Nailə Mirməmmədli, Faiq Sücəddinov, Sevda Məmmədli, Xanım İsmayılqızı, Rəşad Haşımov, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Elçin İmanov, Asif Kərimov, Nadir Əzimov və hələ neçə keyfiyyətli gənc müəlliflər varkən, mahnı almağa qıymırsınız, yeni musiqini piar etməyə can çəkirsiniz. Təzə mahnını sevdirmək də ustalıqdır. Həm fantaziyan olmalıdır, həm ürək qoymalısan, həm maddiyat ayıracaqsan. Əmək budur! Hələ bir, gündəmdə olan popçulara ağız büzürlər...

Gəlin alınan mənzərəyə birlikdə baxaq: Müğənni simiclik edir, TV-lər musiqi saatlarını inkar edib, söhbət-lağlağı formatıyla reytinq gəzir, radiolar toplam olaraq 80-90% əcnəbi musiqi yayımlayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.