Şou-biznes

"Həkimlər ağzımı əydi" - Aparıcı Fira

18 Sentyabr 2019 19:59
6 Şərh     Baxış: 4 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Firuzə Cəlilova (Fira) artıq bir neçə ildir efirdən uzaq qalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcıya bir neçə kanalda qadağa qoyulduğu iddia edilib. Daha əvvəl ATV, "Xəzər TV"də işləyən Firanın layihələrinin heç bir kanallarda qəbul edilmədiyi bildirilib.

Məsələyə F.Cəlilova da münasibət bildirib. O, efirdən uzaq qalmasının səbəbinin üzündə baş verən deformasiya olduğunu deyib:

"Bu mövsüm də efirdə olmayacam. Amma gələn il artıq efirə qayıdacam. İl yarım əvvəl bir stomotoloqa müraciət etdim, "breket" qoydurdum. Onu düzgün yerləşdirmədiyi üçün, üst çənəm əyildi. Fikir versəniz hamı sosial şəbəkədə də mənə yazırdı ki, bunun ağzı əyridir. Başqa stomotoloq tapmışam. 7 aydır bunun üstündə çalışıram. Hələ gələn ilin martına söz verib ki, düzələcək. Kompleksim var, efirə çıxa bilmirəm.

Bu mövsüm radioya çıxmaq istədim, yoxladılar, səsim ciyildəyir. Radio işim də alınmadı. Televiziyaya isə çənəm düzəlməlidir. Mənim ağzım əyri deyildi, əydilər. Xanım olduğu üçün həkimi ifşa etmirəm. Kişi olsaydı çoxdan bütün sosial şəbəkədə biabır etmişdim.

Telekanallar mənə qadağa qoymayıb. Layihəm var ki, Dövlət Televiziyasında efirə gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.