Şou-biznes

Xalq artisti özəl telekanallara XƏBƏRDARLIQ ETDİ: Xəcalət çəkirəm - FOTO

17 Sentyabr 2019 15:14
5 Şərh     Baxış: 3 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baxırsınızmı verilişlərə?"

Milli.Az xəbər verir ki, bu sualla yeni mövsümə başlayan "Səni axtarıram"ın aparıcı Xoşqədəm Hidayətqızı Xalq artisti Mənsum İbrahimova müraciət edib.

Xanəndə efirdə bəzi özəl telekanalları ittiham edib:

"Televiziyanı biz necə görmək istəyirik? İstəyirik ki, ailəmizin hər bir üzvü oturub rahat baxa bilsin o efirə. Efirdə bayağı sözlər işlənilməsin. Oradan uşağımız nə isə öyrənsin, maarifləndirici verilişlər olsun. Mən üzr istəyirəm, çünki, mənim sənətimə aid olduğu üçün mən bəzən o özəl kanallara baxıram, xəcalət çəkirəm. şəxsən mən o ifaçıların heç birini tanımıram. Haradansa gəlib, pul ödəyib. Başa düşürəm, özəl kanaldır. Amma müəyyən qədər bu nəzarət olunmalıdır ki, ən azı təhsili olsun, ən azı istedadı olsun. Axı bu gün bizim torpağımız işğaldadır. Bunu heç kim unutmasın. Axı orada çalışanlar Azərbaycan vətəndaşlarıdır!".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.