Şou-biznes

“Molla dua oxuyanda anam qəbirə pıçıldadı”

17 Sentyabr 2019 12:43
0 Şərh     Baxış: 3 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün anam mənə dedi ki, ay oğul, məni oğlumun qəbri üstünə apar. Cavab verdim ki, uzaqdır, səhər gedərik. Söylədi ki, səhərdən o tərəfə keçməsin, mütləq getməliyəm.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Tacir Şahmalıoğlu "Bizimləsən" proqramında qonaq olarkən deyib. O, verilişdə anası ilə son dialoqundan bəhs edib:

"Getdik, molla dua oxuyanda anam qəbirə pıçıldadı. Yolda gələndə anamdan soruşdum ki, qəbirlə nə danışırdın? Birinci demək istəmədi, amma sonra dedi ki, mən balama söz verdim, tezliklə onun yanına gedəcəm. Bu söhbətdən 20 gün sonra dünyasını dəyişdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.