Şou-biznes

Məlahət Abbasovadan Elgizə: "Cahil, atgöz..."

16 Sentyabr 2019 18:09
28 Şərh     Baxış: 24 948

Əməkdar artist Məlahət Abbasova Türkiyədə "Yemin" serialında rol alan aktrisa Yağmur Şahbazovaya dəstək olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa aparıcı Elgiz Əkbərin Yağmurun ünvanına yazdığı tənqidlərə əsəbiləşib. O, Elgizin dediyi "Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlıyan və vətəninə getmək istəməyən qızcığac rolunda çəkir" sözlərini tənqid edib:

"İlk başda "Kanal 7"də yayımlanan "Yemin" serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edirəm. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündəndən yanında oldum. Onun istedadı, məsumiyyəti, özünü layiqli aparması "Kanal 7" rəhbərliyi başda olmaqla, bütün çəkiliş qrupu və aktyorlar tərəfindən sevilməsi, məni qürurlandırır. Oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, "ağzı var" deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm.

Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Bu gün Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, bazarkom və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, "niyə belə rollar oynayırsız" deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar".

Yağmur isə M.Abbasovanın paylaşımına "Dəstəyiniz üçün sonsuz təşəkkürlər. Gözəl görən gözləriniz var olsun. Hər şeyi olduğu kimi açıqladınız" sözləri ilə reaksiya verib.

Əməkdar artist Sənubər İsgəndərli də Yağmura dəstək olaraq, M.Abbasovanın sözlərini təsdiqləyib.

Qeyd edək ki, Elgiz Türkiyədə aktyorlarımıza dəyər verilmədiyini, onların aşağı səviyyəli obrazlara çəkildiklərini tənqid edib.

Milli.Az

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 18:153734

    Qulluqcu sözün sene atmisdi eee ay ağıllı, 1001 gecede Şehrazadin qulluqcusu rolunda oynadiqin ücünn Yoxsa yalandiii inkar edeceksennn?

    Cavab yaz
    • Anonim
      Sinir · 16 Sentyabr 18:29584

      Nə olsunki? Aktrisa qulluqçuda ola bilər xanımda. Bu millət deyəsən reallığı kinodan ayıra bilmir. Bu cahilliknən biz uçuruma gedirik deyəsən.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 18:541819

        Aktrisa var heccc vaxt qulluqcu rolun oynamir ele aktyorlar aktrisalar var menfi paxil 2 ci dereceli rolu oynamir hec vaxt..Amrish Puri Hindistanda ve bütün dunyada menfi obrazi super oynuyan yegane aktyor kimi tarixe dusub .Elesi de var oynuyur Men demedim oynamamalidir amma Melahet xanimi Yahsi cazibe serialina devet edende demisdi men cekilmerem aktrisaliqima xelel getirmeremm .Öz dediyi sozlerdi.

        Cavab yaz
        • Anonim
          Şafa · 17 Sentyabr 03:44272

          Siz nə danışırsız?! Nəsibə Zeynalova kimi aktrisa alverçi qadın obrazını oynamayıb ı? HİCRAN tamaşasında karifeylər oynayıb, yaradıb. Türk incəsənətin, səhnələrində daxil olmaq asandırm ı?? NECƏ mugənlimiz gedib qayıdıb? Azərin kimiləri, Məlahət xanım kimiləri özlərini qəbul elətdirə bilib. Məlahət xanım kimi aktrisaya Elgiz səviyyəsində adam irad bildirə bilməz. Onun başı ücün deyil. Getsin yungül verilişlərini sırısın. Xalqın muəyyən hissəsini kor ELİYİBLƏR gic-gic verilişlərlə.

          Cavab yaz
    • Anonim
      Oxucu · 17 Sentyabr 11:2390

      Əvvəla Məlahət Abbasova qulluqçu yox, dayə rolunu oynayıb serialda. İkinci də aktyorlar üçün mənfi və ya müsbət xarakter fərqi olmamalıdır, onlar sadəcə olaraq rolunun öhdəsindən yaxşı gəlməlidirlər vəssalam. Filmlərdəki obrazlar və peşələr real həyatın özüdür, qulluqçu da, fəhlə də, kasıbı, varlısı, narkomanı, qatili, oğrusu, əxlaqsızı - hamısı real həyatda mövcud olan insanlar deyil? Filmlərdə rollar ancaq şahzadələrdən ibarət olmalıdır bəyəm?

      Cavab yaz
    • Anonim
      Oxucu · 17 Sentyabr 11:3380

      Dünya şöhrətli Hollivud ulduzu müğənni-aktrisa Cenifer Lopez "Xadimə" filmində elə xadimə rolunu oynayıb. Hollivud ulduzu Culya Roberts "Gözəlçə"də küçədə dayanan əxlaqsız qadın rolu ilə məşhurlaşmışdı. Dünya şöhrətli Hollivud ulduzları Bryus Uillis "Çaqqal" filmində amansız qatili olynayıb, Ancelina Coli cadugər roluna görə Oskar aldı və sair və ilaxır. Onlar bu obrazları məharətlə yaradıblar, mükafatlarını alıblar, bir amerikalı deməyib ki, "bu rolları özlərinə necə yaraşdırırlar?". Gülməlidir vallah bizimkilərin düşüncəsi

      Cavab yaz
  • Anonim
    Allahın qulu · 16 Sentyabr 18:4272

    Guya burdakı rolu nə idi ki? İstənməyən ,sevgilidən qeyri-qanuni dünyaya gələcək körpəni doğma nəvə kimi ailəyə sırıyan "sakit gəlin" Rejissor bilməyənləri də ayıltdı bu serial ilə. Həyatda belə hallar çox olur. Bizlərdən uzaq.

    Cavab yaz
  • Anonim
    .... · 16 Sentyabr 19:11210

    Qulluqcu olanda nolar. Azerbaycanin gic-gic seriallari yaxsidir?bizim seriallarda narkamanda varda, faisede var ogruda bu obrazlar yaxsidir?

    Cavab yaz
  • Anonim
    Elgiz duz deyi · 16 Sentyabr 20:1293

    Cunki dunyaya oz gozuyle baxir

    Cavab yaz
  • Anonim
    Ayide · 16 Sentyabr 20:18256

    Eli Mireliyevle Eligize baxmaqdansa supurgeci qiza baxmaq daha savabdi

    Cavab yaz
  • Anonim
    Ayide · 16 Sentyabr 20:1985

    Eladi

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 16 Sentyabr 21:18192

    Elgizdə günah yoxdu ,bu bizim millətin anındadır :-Biri bircə sm .irəli gedən kimi ,o saat onu dartıb ,salmalıyıq ,çünki ,özümüz həmin kəsdən fərasətsizik ,və onu özümüzə tay eləməliyik ki ,bununda tibbi adı -PAXILLIQDIR !

    Cavab yaz
  • Anonim
    11.18 · 16 Sentyabr 21:46190

    Biz ozumuze,ozumuzunkilere deyer vermeyi oyrendikden sonra,digerleri de bize hormetle yanashacaq. Melahet xanima da,Yagmur xanima da,Azerbaycanimizi her bir sahede layigince temsil etmeyi bacaran butun soydashlarimiza ugurlar olsun.

    Cavab yaz
  • Anonim
    asi · 16 Sentyabr 22:002812

    Elgiz getsin öz işi ilə məşğul olsun..Guya bizdən gedən aktrisalar xalq artistləri deyil ki.. Hamısı gənclərdi..Ilk vaxtlar aşağı rollardan başlamaları təbiidir..Yemin də isə, bu qızdan çox xoşum gəldi..Rolunu qəşəng oynayır..Bu isə, onu göstərir ki, bizim serial çəkən rejissorlar sıfırdı..Aktyor, aktrisanın bacarığını üzə çıxara bilmirlər..Ona görə hamısı süni alınır serialların..Uğur arzulayıram..Bizdə heç kimin izləmədiyi seriallarda baş rol alınca, gedib Türkiyədə qulluqçu rolu ilə böyük tamaşaçı qarşısına çıxsın..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Sentyabr 22:121411

    Hele bir 50 il bundan sonra da Melahet Abbasova deyilende Sen hemise menimlesen de ki Nargile gelecek insanlarin aqlina basqa hec ne Bu qizi da hele ki Vicdan haqqindaki deyib durmusuk Pecat mohuru Azerbaycan rejissorlari vurur.Öz rejissorlarimiz.

    Cavab yaz
  • Anonim
    Papatya · 16 Sentyabr 22:19182

    Bu soz sohbete gore yutubda biraz maraqlandim), yemin seriali ve bizim bu qizimizla. Kafede tanişma sehnesine ve çay demleme sehnelerine baxdim. Cox da xoşuma geldi. Sultan Suleymanin anasi rolunu oynayan qadin, bir basqa serialda qapiçinin arvadi rolunu ifa edib, kasib qadin obrazi yaratmişdi. Bezisi turmeye dusen qadin obrazi yaradir. Men şexsen beyendim. Oz qizimiza da gore ara sira baxacam yutubdan.

    Cavab yaz
  • Anonim
    Oxucu · 16 Sentyabr 22:43111

    Elgizin sifetin ele bil faceapp proqramiynan yigib büzübler)))))

    Cavab yaz
    • Anonim
      Arzu · 16 Sentyabr 23:07131

      Cox gözel roldu ugurlar gözel kinoda rol aldıgı ücün elgiz hec bir apardıgı verliş verliş deyil paxıllıqdan ele deyer de

      Cavab yaz
  • Anonim
    Ayşə · 16 Sentyabr 23:08112

    Məlahət Abbasova da qulluqçu rolunda çəkilib.

    Cavab yaz
    • Anonim
      Oxucu · 17 Sentyabr 11:3841

      Qulluqçu ilə dayənin fərqini bilmək bu qədər çətindir? Dayə azyaşlı uşağa baxır, ana uşağını ona etibar edib işə gedir. Qulluqçu isə evə təmizliyə gəlir və ya villalarda qalıb yaşayırsa evi-həyəti təmizləmək işlərinə baxır.

      Cavab yaz
  • Anonim
    Karandaş · 17 Sentyabr 00:13200

    Məlahət Abbasova 1001 gecə serialında namuslu,halal yolla pul qazanan ,abırlı qulluqçu xanım rolu oynayıb.Qulluqçu bəyəm adam deyil?Qulluqçu var 100 milyonçuya dəyər.Yetər ki,insanlığı olsun.

    Cavab yaz
  • Anonim
    Nur · 17 Sentyabr 02:3982

    Dogirdan seriala reng qatib Yagmur xanim.Amma Elgiz beyin sözlerindede heqiqet var.Yahsi cazibede axirda cox pis etdiler.hec ses cixardan olmadiki niye bele elediz.

    Cavab yaz
  • Anonim
    Azer · 17 Sentyabr 11:03141

    Bu mantiq ile Qulluqcu obrazi ucun evden qulluqcu, qatil obrazi ucun turmeden qatil mi getirmeliyiz ??? Qwatsch, Nonsense, Idiotic,.....

    Cavab yaz
  • Anonim
    sje · 17 Sentyabr 11:15130

    yadınıza salın o olmasın bu olsun, arşın mal alan neçe məshurlarımız həm qulluqçu həm nökər rollarını oynayıb. elgiz kimiler öz verilişlərinin seviyesin qaldırsalar daha yaxşi olar.

    Cavab yaz
    • Anonim
      mila · 17 Sentyabr 13:0530

      mən əvvəldə şərhlərimdə yazmışam,yenə də deyirəm BİZİM BİR ÇOX APARICILARIMIZ SAVADSIZ,TƏFƏKKÜRSÜZ,ELMSİZ və BİLİKSİZDİRLƏR.Bundan başqa onlarda elementar etika və mədəniyyət xassələri yoxdur.HƏFTƏBECƏRDİRLƏR.Demək olar ki əksəriyyəti.

      Cavab yaz
  • Anonim
    Türkan · 17 Sentyabr 14:2452

    E bir dəqiqə bir dəqiqə lap başım şişdi!!! O biri xəbərə hamı Elgiz düz deyir türklər bizi saymır yazmışdı..indi hamı Elgize nələr yazdı..düz deyir də!!! Bizi həmişə asagilayiblar...o ki qaldı lap Elgiz sehvdi Məlahət düz... Yaxşı bəs ay Məlahət, illər əvvəl özün niyə Röyaya deyirdin Türklər bizim müğənnilərə qiymət vermir... Röya sənə nələr demişdi.. Necə cavab qaytarmışdı..Ondan bəri Röya gözümdən düşmüşdü sənə isə hörmətim artmışdı.. çünki onun yaxşılığına demişdin..Indi Röyanın sənə etdiyini Siz də Elgizə edirsiz!! O da bir azərbaycanlı kimi sizin yaxşılığınıza danışır..pislik deyir sizi daha gözəl rollarda görmək istəyir!! Paxıllıqla bu hissi səhv salmanız çox gülüncdür!!! At gözü ilə yanaşmayın Elgizin düşüncəsinə!!!

    Cavab yaz
  • Anonim
    Xəzər · 17 Sentyabr 15:1840

    Niyə onuda yazmirsizki ki Savaş serialında ən ali rollardan birini hərbi rolunu Kənan oynayır,cox gözəl də oynayır ,bunuda yazın.

    Cavab yaz
  • Anonim
    Bahar Məmmədova · 23 Sentyabr 23:4700

    Yağmur xanım gözəl aktirisamız özü kimi gözəl obrazlara çəkilir o ki qaldı Yemin seryalında Nayrin çox gözəl oynayır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.