Şou-biznes

Manaf qızını boşayan kürəkənini müflis etmək üçün Almaniyaya getdi? - ŞOK İDDİA - VİDEO - FOTO

9 Sentyabr 2019 10:47
11 Şərh     Baxış: 19 814

Manaf Ağayev Almaniyaya səfər edib.

Milli.Az xəbər verir ki, müğənnini orada yaşayan həmvətənlərimiz qarşılayıblar.

Bu barədə müğənni özü məlumat verib. Manaf Berlin hava limanında onun qarşılanma anının videosunu sosial şəbəkə hesabından "Bu günki səfərimiz Berlin şəhərinə oldu. Dostum, qardaşım, iş adamı Yusif bəyin dəvətilə Berlinə gəldik. Çox sağol, qardaşım, belə gözəl qonaqpərvərliyin üçün" şərhi ilə paylaşıb.

Yazdığı şərhdən müğənninin səfərinin nə konsert, nə də toy olduğunu söyləmək olar. Məhərrəmlik ayı olduğunu nəzərə alsaq, ortaya başqa iddialar çıxır...

Güman edilir ki, müğənni qızının boşandığı ikinci həyat yoldaşı Taleh Hüseynovla bir zamanlar Almaniyada birgə qurduğu biznesinə sahib çıxamaq məqsədi ilə Berlinə getməli olub. Bu iddianı artıran səbəblərdən biri də Talehin təxminən 2 il əvvəl boşandığı Səmayə (Manaf Ağayevin qızı) ilə bu yaxınlarda baş tutan məhkəmə prosesindən sonra mediaya etdiyi açıqlama olur.

Talehin təxminən 20 gün öncə verdiyi həmin açıqlamasını xatırladırıq:

"Bir yerdə biznes qurmuşduq. Məhkəmə qərar çıxartdı ki, mülki məsələdir, öz aranızda həll edərsiniz. Onunla bağlı indi də getmək istəyirlər Almaniyaya. Orada mənim özümün biznesim, şirkətim var. İndi gedirlər ora şikayət eləməyə ki, "Biz səndən əl çəkməyəcəyik". Bunlar nə istəyirlər, bilmirəm. Başqa-başqa aləmdən adamlar var, onlar vasitəsi ilə zəng edirlər hədələyirlər, təhdid edirlər. 

Burada (Bakıda) elə bir polis idarəsi qalmadı ki, gedib orada məndən şikayət etməsinlər. İndi də gəlirlər ora, Almaniyaya gəlirlər. Gəlsinlər...".

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Taleh Hüseynov açıqlamasında "Uşağının olmamağından biz ayrıldıq. Övlad olmayıb ayrılmışıq. Mənim üçün övlad çox önəmli varlıqdır" demişdi. Qarşı tərəf isə Talehi ailəni aldadıb onlardan sui-istifadə etməkdə ittiham edərək məhkəməyə verib. Cütlük 2 il əvvəl ayrılsa da xəbər mediaya bu yaxınlarda sızıb.

Turqut
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 10:56224

    Maraqlidi kürəkən buna nece dağ basibsa cokurtmek isteyir. gören ne meselediiii??? Bir ton pulun imkanin var qizini saxla..oqlaninda günahi varsa burax Allahin edaletli mehkemesine .

    Cavab yaz
  • Anonim
    Durdane · 9 Sentyabr 11:12271

    aile meselerni niye acib deyirlerki .bu duzgun deyil herkese car cekmesi ayibdi

    Cavab yaz
  • Anonim
    .) · 9 Sentyabr 11:18315

    Birinci ailə səhv oldu,ikincidə səhv oldu? Demək səhv sizdədi....

    Cavab yaz
  • Anonim
    Deyanet Viravul Lenkeran · 9 Sentyabr 11:50271

    İki səhf bir düzü aparır.

    Cavab yaz
  • Anonim
    ziyali · 9 Sentyabr 12:42183

    "avtoritet" Manaf kishi.

    Cavab yaz
  • Anonim
    XXX · 9 Sentyabr 12:44170

    Almaniyada hec ne ede bilmez ona, oranın qanunlari saat kimi ishleyir... müflis elan edecekler sığorta pulunu alacaq)))

    Cavab yaz
  • Anonim
    R · 9 Sentyabr 14:53142

    Biri pis olarda daha ikiside pis olmazki.Bele cixirki erleri pisdi amma Manafin qizi melekdi bir qanadlari catmir

    Cavab yaz
  • Anonim
    qonaq · 9 Sentyabr 18:01111

    Almaniyada senin sozun kecmir ay manaf.orda qayda-qanun var.burda ki kimi polis wobelerini gezib dolawsan senin ozuvu tutacaqlar ya da ki deport edecekler wer-yalan daniwdigiva gore)))

    Cavab yaz
  • Anonim
    ŞAH · 9 Sentyabr 21:0571

    MANAF BƏY QİSASCI OLMAYIN--ƏN YAXŞI HAL UNUTMAQDIR.QARDAŞ KİMİ MƏSLƏHƏT.

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 9 Sentyabr 21:3151

      BAX BU FİKİRDƏN RAZIYAM TOÇNU BU FİKİRİ MƏN DƏ DEMƏK İSTƏRDİM SİZ QABAQLADIZ KİM HAQLIDI HAQSIZDI ALLAH YOLUNA QOYAR QİSAS KİN YARADAR KİN PİS ŞEYDİ

      Cavab yaz
      • Anonim
        Miçman · 24 Sentyabr 22:1600

        Manaf artistdir

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.