Şou-biznes

Nəsrin Cavadzadə qalada məşhur aktrisanı özündən çıxardı

6 Sentyabr 2019 18:54
2 Şərh     Baxış: 4 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aşk tesadüfleri sever 2" filminin aktyor heyəti arasında yer alan aktrisa Nəsrin Cavadzadə ekran işinin qala gecəsinə 2 saat gecikib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin yaradıcı heyəti çəkilişlərin bitməsini Beykoz Kundura fabrikində təşkil edilən parti ilə qeyd ediblər. bütün aktyorların və heyətin yer aldığı tədbirdə mətbuat konfransı da keçirilib.

Ancaq tədbir baş rol ifaçısı Nəsrinin 2 saat gec gəlməsinə görə gec də başlayıb. Gecədə ilk çıxış etməli olan rejissor Ömer Faruk Sorak Cavadzadəni tənqid edib.

Aktrisa Zuhal Olcay da Nəsrinə əsəbini gizlədə bilməyib. O, mətbuat konfransından çıxıb gedərək, ona reaksiya verib. Sənətçini qapıda tutan İpek Sorak Zuhaldan geri qayıdıb, jurnalistlərin suallarını cavablandırmasını xahiş edib. Olcay media nümayəndələri ilə 3 dəqiqə danışdıqdan sonra gecəni tərk edib.

Qeyd edək ki, filmin birinci hissəsi 2011-ci ildə çəkilib. Baş rollarını isə Mehmet Günsür və Belçim Bilgin oynayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.