Şou-biznes

İkinci ərindən də ayrılan Sevda nişanlanıb?

4 Sentyabr 2019 12:23
10 Şərh     Baxış: 5 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Sanəliyevanın sosial şəbəkədəki paylaşımları müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi fotolardan birində barmağındakı üzüyünü nümayiş etdirib. Onun görüntüsünə izləyiciləri müxtəlif şərhlər yazıblar.

Barmağındakı üzük Sevdanın yenidən nişanlanması haqda dedi-qoduların yayılmasına səbəb olub. İzləyiciləri də müğənniyə bununla bağlı suallar ünvanlayıblar. Onlar Sanəliyevaya "Yenidən kiməsə aşiq olmağınız, gözlərinizdən, hərəkətlərinizdən görünür", "Bəs üzük?", "Nə tez oldu bu xeyir iş? Yeni boşanmışdınız ki", "Təbriklər, Allah gözəl bəxt versin" kimi şərhlər yazıblar.

Sevda isə izləyicilərinə "Onun reklamı ürəyimdədir" yazaraq, gülmək emojiləri ilə reaksiya verib. O, xəbərləri nə təsdiq, nə də inkar edib.

Digər paylaşımlarda isə Sevdanın yenidən rəqs etməyə başlaması diqqət çəkib. Ailəli olduğu ərəfədə rəqqasəlikdən uzaqlaşan sənətçi artıq köhnə işinə qayıtmağa hazırlaşır. Sanəliyeva rəqs videolarına yazılan tənqidlərin qarşısını almaq üçün şərh bölümünü də bağlayıb.

Qeyd edək ki, müğənni bu yaxınlarda "5/5" verilişində yenidən rəqqasəliyə başlayacağını açıqlamışdı.

Sevda həyat yoldaşı Cəmildən bir neçə ay əvvəl rəsmi boşandığını açıqlayıb. Sənətçinin iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.