Şou-biznes

Ölüm xəbəri yayılan Cavan Zeynallı: "Bu biabrçılıqdır" - FOTO

4 Sentyabr 2019 09:07
4 Şərh     Baxış: 5 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Caz ustadı, xalq artisti Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu haqda sosial şəbəkələrdə yer alan səyfələr paylaşımlar ediblər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı oxu.az xalq artisti C. Zeynallı ilə əlaqə yaradıb.

Cazmen haqqında yayılan xoşagəlməz xəbərin dezinformasiya olduğunu söylədi :"Dünən gecədən səhərə kimi telefonlarım susmayıb. Hamı mənə zəng vurub, deyir ki, Cavan müəllim hər şey qaydasındadır, səhhətiniz yaxşıdır? Bu ucuz sensasiyadan başqa bir şey deyil. Bu biabrçılıqdır. İllər öncə mənim başıma eyni hadisəni gətirmişdilər. Şəklimi internetdə yayıb yazmışdırlar ki, Cavan rəhmətə gedib. Mən heç bilmirəm bu kimi xəbərləri yayanlar kimlərdir. Belə şey etmək olmaz. Hamı narahatçılıq keçirir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.