Şou-biznes

“Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu” - FOTO

25 Avqust 2019 12:51
9 Şərh     Baxış: 9 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu". 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva bir müddət əvvəl avtomobil qəzası keçirərək xəstəxanalıq olan qardaşı Samir Babakişiyevin son vəziyyəti haqda məlumat verərkən qeyd edib.

Türkiyədəki xəstəxanaların birində müalicə alan qardaşı ilə İnstaqramda fotosunu paylaşan ifaçı bunları yazıb:

"Hələ ki, vəziyyətimiz ortadı. Müalicələr davam edir. Çünki nəfəs alma problemimiz var". 

Ayan onun doğması üçün dua edən hər kəsə təşəkkürünü bildirib:

"Dua eden hər kəsə, göydə Allah, yerdə sizlərə sağ olun, var olun deyirəm. Hər gün 100-lərcə mesajlar, zənglər gəlir qardaşım Samir üçün. Allah hər kəsdən razı olsun. Mən kimin dost, kimin düşmən olduğunu gördüm. Narahat olub soruşan tanıdığım, tanımadıqlarım".

İfaçı qardaşının müalicə aldığı xəstəxanaya da təşəkkür edib. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.