Şou-biznes

Berdiməhəmmədov azərbaycanlı müğənnilərə hədiyyə verib - VİDEO - FOTO

22 Avqust 2019 13:09
0 Şərh     Baxış: 2 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumunda Azərbaycandan olan sənətçilər də iştirak edib. 

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Əməkdar artist Rəşad İlyasov və müğənni Samirə Əfəndi Avazada təşkil olunan gecədə çıxış ediblər. 

Gənc ifaçı Əfəndinin çıxışı isə türkmənlər tərəfindən xüsusi maraqla qarşılanıb.  O, əvvəlcə Əməkdar artist Tünzalə Ağayevanın ona hədiyyə etdiyi "Kəpənəklər" mahnısını səsləndirib, daha sonra "Vətənpərvər ballada"nı ifa edib. 

Tədbirdə Rusiyanın pop ulduzları Sergey Lazerev, Nyuşa, İran və Qazaxıstandan dəvət olunmuş ifaçılar da səhnəyə çıxıb. Konsertdən sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən sənətçilərə ölkənin milli sərvəti hesab olunan hədiyyələr verilib.  

Hədiyyələri sənətçilərə ölkənin Mədəniyyət naziri Şamuradov Atageldi təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.