Şou-biznes

Manafın qızı ikinci həyat yoldaşından da AYRILDI - Səbəbi ŞOKA SALACAQ - VİDEO - FOTO

21 Avqust 2019 17:04
39 Şərh     Baxış: 64 506

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, müğənninin kürəkəni bu gün keçmiş xanımı ilə Bakı Apleyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyirinə qərar çıxarıb.

İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini bildirib.

Müğənninin qızında psixi pozğunluq olduğunu qeyd edən qarşı tərəf, Səmayənin səhhəti ilə bağlı olaraq övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyib: 

"Övladımız olmadığı üçün biz ayrılmışıq. Sadəcə şər, böhtan atırlar ki, "Niyə qızımı boşadın, niyə belə elədin?". Hamısı əsassız iddialardır. İndi məni veriblər Apelyasiya Məhkəməsinə. Güya ki, mən elə-belə evlənmişəm, boş yerə. Güya mən bunları aldatmışam. Mənim aldığım qızılları Manaf Ağayevin qızı özü ilə aparmışdı. İndi də deyirlər o qızıllar səndədir". 

İki il yarımdır ayrıldıqlarını bildirən Taleh, artıq 2 ildir ki, məhkəmələrdə qaldığını qeyd edib. Manaf Ağayevin keçmiş kürəkəni boşandıqdan sonra cehizlərini olduğu kimi ata evinə "yola salsa" da ondan bunun üçün 150 min manat tələb etdiklərini sözlərinə əlavə edib. 

Vəkili isə Almaniyada işini-gücünü atıb, uzun zamandır məhkəmələrdə vaxt itirdiyi üçün Manaf Ağayevin ailəsinə 250 min manatlıq təzminat "davası" açdıqlarını bildirib:

"Taleh Hüseynovun bu vaxta qədər işlərinin arxasınca gedə bilməməsi və orada olan biznesi ilə məşğul olmamasına görə, itirdiyi vaxta və dəymiş maddi, mənəvi ziyana görə tərəfimizdən 250 min manatlıq bir təzminat davası açılıb və biz bunun arxasınca axıracan gedəcəyik".

Qeyd edək ki, Taleh M.Ağayevin qızının ikinci həyat yoldaşı olub. Səmayə xanım 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəni Orxanın narkotik maddə aludəçisi olduğunu bildirmişdi. 

Ətraflı videoda:

Turqut
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

39 Şərh:

  • Anonim
    Abbas · 21 Avqust 17:19271

    Hec bir aile daqilmasin daqilsa bele bunu niye bu qeder ictimailesdiriller bilmirem neye lazimdir

    Cavab yaz
  • Anonim
    111 · 21 Avqust 17:25466

    cemi 2 il erzinde ovladi olmadiqi ucun qizi boshayib, hem de deyir psixoloji problemi var!!! Millet illerle gozleyir, bir omur boyu boshamayan da var, bu 2 ili ele deyir, ele bil 20 ildir, huner elemisen guya

    Cavab yaz
    • Anonim
      zaza · 22 Avqust 09:3354

      111 cavab: Bu bir ailə işidi sən ən azından olarla birgə yasayasan ki həqiqəti biləsən, bilmədiyin işə görə kimisə günahlandırma.Nə bilirsən bəlkə kişi duz deyir 2 il ona 20 il kimidə ola bilər.Yaxsı bir sözdə var: 40 il boyun buyruq kimi yaşamaqdansa 1 gün azad yasamaq yaxsıdı. Mənə maraqlıdı Manaf verlişlərdə ailə munasibətləri həll etməyə calışır görəsən öz ailəsində ağ saqqallıq edə bilirmi? Basqasının gözündə çöp axdarır, Öz gözundə tiri görmür. Qızının 1 ci yoldaşını narkoman adlandırdı. bunuda bir bəhanə tapıb 150 min manat qoparmaq isdiyir.

      Cavab yaz
  • Anonim
    Roya · 21 Avqust 17:29850

    Deyir bir bir kişi hayat yoldaşından ayrılmaq isteyir dost-tanış soruşur ne sebeble ayrılırsan?kişi deyir mene yaraşmaz öz xanımım haqqında danışım.Ayrılırlar ikiside başqaları ile aile qurular ve bir gün yene soruşurlar indi de,ne oldu ki,ayrıldın.Kişi deyir o indi evlidi mene yaraşmaz başqasının xanımı haqda danışım.

    Cavab yaz
    • Anonim
      Xoşqədəm · 24 Avqust 22:2610

      Kişi dedigin elə olmalıdır

      Cavab yaz
  • Anonim
    Tecrübeli · 21 Avqust 17:43246

    Qardaş şukur ele .qurban kes bunlardan uzaqlaş Görmemiş alı , göy gavalı. Əşya görmeyen əşya tez horuldar.

    Cavab yaz
  • Anonim
    asi · 21 Avqust 18:23238

    Bir ər-arvad olur..Hər gün namazda arvad dua edir ki, ya Allah mənə kişinin ölümün göstərmə, məni əvvəlcə öldür..Kişi də eyni ilə dua edir ki, mənə arvadın ölümün göstərmə, məni əvvəlcə öldür..Vaxt gəlir, Əzrail gəlir..Amma bilmir necə etsin ki..Girir içəri kişiynən arvada deyir ki, sizin canınızı almalıyam, amma dualarınız qəbul olunub, bilmirəm necə edim ki, birinizi o birinizdən qabaq öldürüm..Siz mənə duanızın məqsədin açıqlayın, görüm bu nə işdi..Kişi deyir ki, mən arvada çox zülm etdim, indi səhvimi anlamışam, istəyirəm arvad mənsiz heç olmasa 3-5 il rahat yaşasın..Arvad da deyir ki, bu kişi mənə çox zülm edib, istəyirdim heç olmasa o dünyada bu kişisiz rahat nəfəs alam))..Amma elə olur ki, əzrail heç birin öldürə bilmir, yenə birlikdə yaşamağa məcbur olurlar)..birlikdə Yaşamaq istəyər övlada baxmır, yaşayır..Ayrılana da nə çox bəhanə..

    Cavab yaz
    • Anonim
      Alsu · 21 Avqust 19:41141

      Aile problemleri dunyanin her yerinde var, bowanmada var amma hec kes, hec kesin ailesinin icini bile bilmez. Ne bilmek olar bunlarda yeqin bir birini bawa duwmeyib. Sozleri duz gelmeyib bowanib. Turklerin bir sozu var allah hayirlisi neyse onu da etsin. Belke bele meslehetdir.

      Cavab yaz
      • Anonim
        !!!!!!!!. · 21 Avqust 23:0270

        Bu Məsəl elə bizdə də var :"Allah xeyirlusindən versin "

        Cavab yaz
    • Anonim
      Roya · 21 Avqust 21:52161

      Salam Asi xanım necesiz?Sizin yazdığınız letife mene bu yaxınlarda oxuduğum bir hadiseni xatırlatdı.Kişi heyat yoldaşından canını qurtarmaq üçün bank soymaq qerarına gelir ve tutulur.Mehkemede etdiyi emelin sebebini açıqlayır ve mehkeme iki il ev dustaqlığı cezasını verir.))

      Cavab yaz
      • Anonim
        asi · 22 Avqust 09:3312

        Sabahın xeyir Röya xanım..Axşam yazmışdım, nəsə verilməyib..Heç Oxucu1-ə yazdığım da verilməyib..)..

        Cavab yaz
  • Anonim
    @@@ · 21 Avqust 19:38277

    Deyilənlər hamısı boş söhbətlərdi.Ərdə gedib oturmaq asan iş deyil.Gərək bir - birinə güzəşt etməyi bacarasan.Həm də inanın sözümə pullu kişilərin qızlarının çoxu ər evində oturmur.Ata evində bu qızların bir sözün 2 eləmiyiblər deyənə ər evindəbir sözünü yerinə yetirməyəndə dözmürlər.

    Cavab yaz
    • Anonim
      !!!!!!!!. · 21 Avqust 23:0330

      Bax, buna güldüm :)))

      Cavab yaz
      • Anonim
        !!!!!!!!. · 22 Avqust 00:0420

        21.52 - yə getməliydi))

        Cavab yaz
  • Anonim
    . · 21 Avqust 19:46164

    Her defe kiside olub gunah ?

    Cavab yaz
  • Anonim
    Akif · 21 Avqust 20:01315

    Bu oğlan günahkara oxşamir. Allah köməyi olsun. İndiki dövrde hər qizin başı üçün deyil gedib hansısa evin xanimi olsun.

    Cavab yaz
    • Anonim
      Şems · 21 Avqust 23:2062

      Duzdu qardaw.indiki qizdar eziyyete dozmurler

      Cavab yaz
  • Anonim
    Tənqidçi · 21 Avqust 20:39282

    Varlı ailədən çıxan qızı hələm mələm ərdə saxlamaq olmur..imkanın varsa get kasıbın qızını al...onsuzda nə edirsən et varlı qızını razı salmağ çətin olur...Manaf yazıqda nə etsineee...xoşbəxtliyi pulnan almaq olsaydı bütün varlılar xoşbəxt olardı...

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 22 Avqust 00:0233

      Varlı ailədən çıxan qızı hələm mələm ərdə saxlamaq olmur..imkanın varsa get kasıbın qızını al...onsuzda nə edirsən et varlı qızını razı salmağ çətin olur...Manaf yazıqda nə etsineee...xoşbəxtliyi pulnan almaq olsaydı bütün varlılar xoşbəxt olardı...

      Cavab yaz
  • Anonim
    Duygu · 21 Avqust 20:54114

    Manaf bəy kürəkənindən cavan görünür.2-ci dəfə qadın boşanırsa deməli burda ciddi nəsə var.Uşaq söhbətidi də inandırıcı görünmür.İndi səhiyyə bu sahədə elə inkişaf edib ki, puluna minnət.Mənim fikrimə görə günah qızdadı.Yoxsa Manaf bəy kimi qaynatası olan adam boş yerə niyə boşansın.

    Cavab yaz
    • Anonim
      20:54 · 22 Avqust 06:4051

      Boşanan qaynataya baxmır. Kimdi nəçidi.

      Cavab yaz
  • Anonim
    Oxucu1 · 21 Avqust 20:55102

    Asi xanim cox gozel mesel cekdiniz. Werhlerin coxuynan raziyam. Bir evin layiqli xanimi olmaq, gozel aile sahibi olmaq, gozel balalar yetiwdirmek terife layiq bir weydi. Onuda her qadin bacarmir. Aileni surdurmek ucun sevgi kifayet etmir, gerek qarwiliqli hormet ola.

    Cavab yaz
  • Anonim
    Zzz · 21 Avqust 23:0041

    Roya xanim ne gözel yazmisiniz.Allah heç bur aileni dagitmasin ama dagilanda kaşki her kes yazdigini şerhde oldugu kimi ayrilsin medeni şekilde. İndi ayrilan kadinlar uzur istiyirem pus yolda kişilerde narkaman olur 100%

    Cavab yaz
  • Anonim
    Aaa · 21 Avqust 23:1871

    Bu qədər ailədə olanları niyə hamı bilməlidir.Özü də qızına psix desinlər.Gerek qızın valideynləri ailədaxili məsələlərin ictimai mühitdə belə hallanmasina imkan verməzdilər.Istəsələr yol verməzdilər.Hər şeydən şou etmək olmaz.

    Cavab yaz
  • Anonim
    Şems · 21 Avqust 23:1920

    Allah kometiniz olsun

    Cavab yaz
  • Anonim
    Anonim · 22 Avqust 00:1241

    Bu beyin ozunde problem var.Hem de ki ciddi problem Kas ki evlenmeyeydi

    Cavab yaz
  • Anonim
    Sara · 22 Avqust 00:2342

    Yazıq qız,bəxti gətirmir kişi saridan

    Cavab yaz
  • Anonim
    Sara · 22 Avqust 00:3042

    2 il yarıma usaqa gore bosanibmis,gop da olsa maraqlıdır.Camaat neçə il gozləyir

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 22 Avqust 06:0923

    Varli,erkoyun boyuyen qizlar er evinde her sozu boyudub narazi qalirlar, her ailenin,her evin oz qanunlari, terbiyesiz var, qizlar ere gedende er evinin ab havasina uygunlawmagi bacarmalidirlar,yoxsa kohne bazara teze nirx sohbeti yaranir, 2 defe ere gedib bowanmaq hec de yaxwi sayilmir,bir az abir heya etmek, ailede guzewt, hormet olmalidir, yoxsa gunde bir er deyiwmeye ne ad vermek olar, elbette ayib bilmeyene hec ne

    Cavab yaz
  • Anonim
    anonim · 22 Avqust 09:0554

    Artıq 2-ci ərindən boşanırsa deməli problem qızın özündədir.

    Cavab yaz
  • Anonim
    aea · 22 Avqust 09:0653

    əgər ikinci dəfə qız ərindən ayrılıbsa, deməli oğlan düz danışır. Manafa isə eyib olsun ki, yalandan təzminat davası açıb. Eyibdir sadəcə....((( Var-dövlətin başından aşır. Üçüncü dəfə də qızını alacaqlar

    Cavab yaz
    • Anonim
      cavab · 22 Avqust 10:0713

      Tam dogru.

      Cavab yaz
    • Anonim
      Oxucu · 22 Avqust 11:2441

      Sizin heç birinizin qızınız yoxdur? Qınadığınız şeyi özünüz yaşamadan ölüm gəlməyəcək. 2-ci dəfə ayrılması niyə görə qızın günahkar olduğunu göstərməlidir ki, bu qismətdir, alın yazısıdır. Üstəlik burda boşanan tərəf oğlandır. Qadının ərinin yaşadığı ölkəyə köçmək istəmədiyi üçün boşanması halları da çoxdur. Həmçinin uşaq olmadığına görə də. Heç kimi ittiham etməyin, hamının həytında pis hadisələr baş verir.

      Cavab yaz
      • Anonim
        # · 22 Avqust 12:1214

        Söhbət qınamaqdan getmir ey.Qadın papaq deyil ki gündə birinin başında ola.Qadın həyatında bircə dəfə ailə həyatı qurmalıdı.Mənim şəxsi fikrimdi.Ər loteriya bileti deyil ki, desinlər şansınızı bir daha sınayın.

        Cavab yaz
        • Anonim
          cavab · 22 Avqust 14:1511

          Sizinlə razıyam

          Cavab yaz
  • Anonim
    səs · 22 Avqust 10:3163

    Ata mahnı oxuyur. Qızı 150 min oxuyur.)))

    Cavab yaz
  • Anonim
    Durna · 22 Avqust 21:5920

    Nəsə məsələnin bu qədər geniş vüsət alması heç xoşuma gəlmədi.Hər iki tərəf üçün ayıb sayıram ki məsələni bu qədər açıq nümayiş etdirirlər.Ataların gözəl sözü var ki,deyir dalaşanda barışmağa yer saxla.Həyatdı bəlkə hirsləri soyuyandan sonra barışmaq istəyəcəklər.Amma hansı üzlə artıq bir--birlərini yetərincə biablr ediblər. Məncə burada böyüklərin ağıllı sözünə,məsləhətinə ehtiyac vardı. Çox təəssüf ki dağılan ailələrin barışmasına çalışan yoxdu.Yalnız mal-mülk davası aparırlar təəssüf..

    Cavab yaz
  • Anonim
    Duz danisan · 22 Avqust 22:5720

    Səhv etmirəmsə Manaf o biri kurekeninden de mebel və qızıl pulu istəmişdi. Nə oldu bu hər 2 kürəkən günahkar oldu? Günahı qızda axtarmaq lazımdır.

    Cavab yaz
  • Anonim
    Leyla · 23 Avqust 16:2710

    Sadece qardas ne cekibse onlardan canin qurtarmaq istyiree)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.