Şou-biznes

"Gözlərimin həsrətlə baxdığı haqq yoluna döndüm"

6 Avqust 2019 14:00
3 Şərh     Baxış: 8 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1983-cü il, avqustun 6-da dünyaya göz açdım. Gözlərimdə qəm, çiyinlərimdə ağır yüklərlə yaşadım. Xoşbəxtəm ki, bu gün həyatı anlaya bildim, gec də olsa nəticə şıxardım.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazıb. Ad günü olan sənətçi təəssüratlarını izləyiciləri ilə bölüşüb:

"Gözlərimin həsrətlə baxdığı haqq yoluna dönməyi Rəbbim mənə nəsib etdi. Haqqımda pis danışanları, qeybət edənləri, məni sevməyənləri Allah xətadan-bəladan qorusun. Onlara təşəkkür edirəm. Yaxşı insanlara isə demək istəyirəm ki, dünyanı gözəl edən sizlərsiz, sizin sevginizdir. Sizi çox sevirəm.

Ad günüm mübarək. hamıya, eləcə də özümə sevib-sevilməyi arzulayıram. yaxın günlərdə dostlarımla birlikdə ziyarətə gedəcəyik".

Qeyd edək ki, prodüser Tamilla Hüseynəliyeva ilə ailəli olan Eltonun iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.