Şou-biznes

Bu qız azərbaycanlı "SUBAY" MƏŞHURUN ÖVLADIDIR - FOTO

30 İyul 2019 12:36
8 Şərh     Baxış: 21 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Zümrüd Bədəlova qızı Ləmanın doğum gününü təbrik edib.

Milli.Az xəbər verir ki, Zümrüd ilk dəfə qızı ilə birgə fotosunu şəxsi hesabından paylaşaraq onu ictimaiyyətə təqdim edib.

O, İnstaqram hesabından etdiyi paylaşıma "Həyatımın yoldaşı, sirdaşım, rəfiqəm, qızım, ən böyük uğurum, 12 yaşın mübarək, Ləmanım... Biz bərabər böyüdük. Mama sənə qurban olsun" şərhini yazıb.

Qeyd edək ki, aparıcı son müsahibələrinin birində "Yaxşı şeylər olmadı, qayınatam rəhmətə getdi. Ailəvi olaraq Bakıya gəldik. Qərara gəldik ki, Azərbaycanda yaşayaq. Həyat yoldaşımın Rusiyadakı biznesini də işlədən adamlar var idi. Düşünürdük ki, o biznesi də Bakıya köçürək. Amma Moskvada doğulub-böyüyən insan üçün yaşamaq burada çətin idi. Qərara gəldi ki, Rusiyaya qayıtsın. Mən ona dedim ki, qalırsansa, Bakıda qal, burada yaşayaq. Hamı elə bilir boşanmışıq, ancaq mən rəsmən boşanmamışam. Mənim Azərbaycanda nikahım olmayıb, Rusiyada olub. Azərbaycan şərtlərinə görə mən subayam" demişdi.

Bu da Zümrüdün qızı ilə sözügedən fotoları:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.