Şou-biznes

Zaur Kamalın oğlunun başına təyyarədə "İŞ GƏLDİ" - Aparıcı çətinliklə... - FOTO

25 İyul 2019 14:30
2 Şərh     Baxış: 16 492

Zaur Kamal aparıcısı olduğu proqramda Avropa səyahətindən maraqlı olayı danışıb.

Milli.Az xəbər verir ki, Zauru müğənnilərlə yollandığı səfərdə oğlu da müşayiət edib.

Aparıcı təyyarədə olarkən oğlunun qarşılaşdığı bir hadisəni efirdə tamaşaçılarla bölüşüb:

"Təyyarənin uçuşuna 10-15 dəqiqə qalıb. Oğlum gedib əlini yumağa. Gedəndə orada Orxan Babazadə və başqa bir müğənninin adını eşidib. Gəlib deyir ki, "Ata, qəşəng yerdir e ora. Orada qapını açan kimi adamın adını deyirlər".

Zaur Kamal oğlunun yalnış anladığını "Sən demə, hava limanı o qədər səs-küydür ki, heç nə eşidilmir. Amma orada açıq eşidilir ki, Orxan Babazadə, filankəs gecikir təyyarəyə. Təyyarə orada gecikənlərin adını elan verir. Bu da elə bilir ki, ora gedib əlini yuduğu yerdə adını çəkirlər ki, filankəs xoş gəlib"" sözləri ilə izah edib. 

Aparıcı bu olayı gülməkdən çətinliklə anladıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    günahkar bəndə · 25 İyul 14:3621

    OQLUVUN NEÇƏ YAŞİ VAR ?????

    Cavab yaz
  • Anonim
    Mm · 25 İyul 15:0444

    Senin kimi ağıllıdır)))).

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.