Şou-biznes

5 uşaq anası olan əməkdar artist: Pis də çıxsa deyəcəm... - FOTO

24 İyul 2019 15:33
18 Şərh     Baxış: 34 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Efirə kimlə çıxmağımı, pis də çıxsa deyəcəm ki, soruşuram gəlmədən öncə". 

Milli.Az xəbər verir ki, bunu toylara getməyən və efirlərdə az-az görünən əməkdar artist Bəyimxanım Vəliyeva deyib.

Xanəndə eyni verilişə dəvətli olduqları digər qonaqların kimliyini öncədən soruşma səbəbini belə izah edib:

"Deyim niyə çıxmıram. Bir-iki dəfə elə hallarla qarşılaşdım. Elə oldu ki, canlı efir günü mən efirə gedəsi olmadım. Veriliş günü soruşdum ki, kim olacaq. Elə bir müğənninin, elə bir sənət adamının adını dedilər ki, nə sözüm onunla düz gəlir, nə sənət onunla düz gəlir. Mənə elə gəlir ki, düşünüb-daşınıb sonra çıxsaq tamaşaçıya da bu maraqlı olar. Həm tamaşaçılara, həm özümüzə hörmət olaraq mənə elə gəlir ki, belə daha yaxşıdır".

Qeyd edək ki, 5 uşaq anası olan əmkdar artist bu yaxınlarda "Boş anlar" proqramında "Evlənməzdən öncə el şənliklərinə gedirdim. Evlənəndən sonra yoldaşım toya getməyimi istəmədi, mən də getmirəm" açıqlaması ilə diqqət çəkmişdi.

Təhməz Təkin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.