Şou-biznes

Vasif efirdə Nazimi söydü

22 İyul 2019 13:43
3 Şərh     Baxış: 4 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yeni yayımlanan "Üçümüz" adlanan verilişdə gözlənilməz hadisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın qonağı Əməkdar artist Ədalət Şükürov olub. Aparıcılar Elcan Rəsulov, Həsrət Həsrətov və Ülvi Həsənli müğənnidən həmkarlarından birinə zəng edib, zarafatlaşmasını istəyib.

Ədalət həmkarı Vasif Məhərəmliyə zəng vuraraq "Yekaterinburqda toydur. Səni və Nazim Faytonçunu istəyirlər. Kökrəngi kostyum istəyirlər. Bir də aşgətirən lazımdır" sözlərini deyib.

Vasif isə ona "Kostyum var. Aşı da özüm gətirəcəm. O, Nazim Faytonçu var (söyüş söyür), onu toyda görmək lazım deyil. Yanında oturub, deyəsən. Məzələnmə, adam kimi danış. 10 min dollar versinlər" cavabını verərək, qeyri-etik ifadələr işlədib. Efir zamanı Vasifin səsi kəsilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.