Şou-biznes

“Ağzıgöyçəklər, siz əsəbiləşmirsiniz?”

19 İyul 2019 15:30
6 Şərh     Baxış: 2 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər" TV-dəki çəkilişi izlədim. Bir neçə ağzıgöyçək insanların reaksiyasını gördüm. Siz əsəbiləşmirsiniz? Həyatda çox məsuliyyətliyəm. Videoda nə söyüş söymüşəm, nə də etikadan kənar hərəkət etmişəm. Bunu niyə şişirdirsiniz?

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "5/5" verilişindən yayılan əsəbi kadrları barədə yazıb.

O, daha sonra fikirlərini belə izah edib:

"İşimi tələb edirəm. Nə rəqqasələrimi, nə də işçilərimi təhqir etmirəm. Sadəcə, rəqqaslarım tıxacda qalmışdı. İşçilərim qızların hələ də gəlmədiklərini söyləyəndə özümdən çıxdım ki, mən də insanam, çatdıra bilirəmsə, arxamdan gələn ordum, işçi qüvvəm də çatdıra bilər və çatdırmalıdır. Çünki bu, adımdır və göstərdiyim işin nəticəsidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.